Skip to content
25 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 8
  • Azərbaycan və Qazaxıstan media sahəsində tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan və Qazaxıstan media sahəsində tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

admin 08 Aprel 2026 2 minutes read
u3DISrDn0SkyLNMHXOlouG3RVqhUzLjJP30yC6jf_1200
PAYLAŞIN:

Medianın İnkişafı Agentliyində (MEDİA) Qazaxıstan mədəniyyət və informasiya nazirinin müavini Rustam Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Paraqraf.com xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

Belə ki, görüşdə MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan ilə Qazaxıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edərək media sahəsində tərəfdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, bu istiqamətdə qabaqcıl təcrübələrin tətbiqi, media savadlılığı və dezinformasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin gücləndirilməsi, informasiya mühitində keyfiyyət və etibarlılığın qorunması, eləcə də müasir çağırışlara uyğun çevik və effektiv mexanizmlərin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Rustam Ali müvafiq sahəyə məsul qurumlar və media subyektləri arasında təcrübə mübadiləsinin təşkili, birgə layihələrin icrası, eləcə də saxta və qeyri-mötəbər məlumatların yayılmasına qarşı mübarizə məsələlərinə diqqət çəkib. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi və media mühitində dayanıqlı inkişafın təmin olunması istiqamətində fikir mübadiləsi aparılıb.

Qazaxıstan xarici işlər nazirinin müşaviri Alişer Askaroviç Suleymenov bildirib ki, rəqəmsallaşma dövründə media sahəsində koordinasiyalı fəaliyyət və birgə təşəbbüslər daha dayanıqlı və təhlükəsiz informasiya mühitinin formalaşmasına xidmət edir.

O, həmçinin qarşılıqlı etimadın artırılması və ortaq kommunikasiya platformalarının yaradılmasının vacibliyini diqqətə çatdırıb.

 

Paraqraf.com 

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Sabah bəzi yerlərdə yağış yağacaq
Next: Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daha bir vəzifə verilib

OXŞAR MÖVZULAR

RSO1vTvUWnNHsvlfbG6Ew1Nw4vXcpkvTWp87yis7_1200

Volodimir Zelenski: Rusiya razı olsa, danışıqları Azərbaycanda keçirə bilərik

admin 25 Aprel 2026
FgGlaGqSNe8XMQcndY6yWMu8FQrxdDWSVjEDwB1n_1200

Qəbələdə Prezident İlham Əliyevin Ukrayna Prezidenti ilə geniş tərkibdə görüşü keçirilir

admin 25 Aprel 2026
QTlxZPak4DbEgpoadqHL9MHofocxG8w6Iqqr0s8m_1200

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir

admin 25 Aprel 2026

XƏBƏR LENTİ

Volodimir Zelenski: Rusiya razı olsa, danışıqları Azərbaycanda keçirə bilərik RSO1vTvUWnNHsvlfbG6Ew1Nw4vXcpkvTWp87yis7_1200

Volodimir Zelenski: Rusiya razı olsa, danışıqları Azərbaycanda keçirə bilərik

25 Aprel 2026
Azərbaycan gips və anhidrit istehsalını 53 %-dən çox artırıb 93562f5a-beba-4a25-b1ab-d43c28581b1d_1200

Azərbaycan gips və anhidrit istehsalını 53 %-dən çox artırıb

25 Aprel 2026
Bazar günü Azərbaycanda 24 dərəcəyədək isti olacaq 526f42fd-1da1-3350-aadf-12e5678925dd_1200

Bazar günü Azərbaycanda 24 dərəcəyədək isti olacaq

25 Aprel 2026
Şəkidə yük avtomobili yanıb ep5s7LQIJeWxN8b4kgkU6ffo6TLOsfh0hNazvOxB_1200

Şəkidə yük avtomobili yanıb

25 Aprel 2026
Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanılıb Ug8HnPk2VK8qQDOvmDA1HUkxY0FnnSm4faZqj2b2_1200

Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanılıb

25 Aprel 2026
Binədə evinin 2-ci mərtəbəsindən yıxılan qadın 7 gün sonra ölüb ZcbIullARcULnCNnpSeC73VFrc9YmiixaX1AAhq2_1200

Binədə evinin 2-ci mərtəbəsindən yıxılan qadın 7 gün sonra ölüb

25 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.