Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 8
  • Ankarada azərbaycanlı rəssamların “Suverenliyimizi qazandıran şanlı zəfər” adlı sərgisi keçirilir

Ankarada azərbaycanlı rəssamların “Suverenliyimizi qazandıran şanlı zəfər” adlı sərgisi keçirilir

admin 08 Aprel 2026 5 minutes read
17756399274753737730_1200x630
PAYLAŞIN:

Ankarada azərbaycanlı rəssamların “Suverenliyimizi qazandıran şanlı zəfər” adlı rəsm sərgisi təşkil olunub.

Paraqraf.com-un məlumatına görə, sərgi Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzi ilə Ankara Rəsm və Heykəllər Muzeyinin birgə layihəsi çərçivəsində baş tutub.

Açılış mərasimində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Gözəl Sənətlər Baş İdarəsinin rəhbəri Ömer Faruk Belviranlı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım, İYİ Partiya millət vəkili Ayyüce Türkeş, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, səfirliyin müşaviri Füzuli Məcidli, diplomatlar, eləcə də mədəniyyət, incəsənət xadimləri, rəssamlar, Türkiyədə yaşayan azərbaycanlılar və sənətsevərlər iştirak ediblər.

Sərgidə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanılan zəfəri əks etdirən qısa film nümayiş olunub.

Açılış mərasimində çıxış edən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Gözəl Sənətlər Baş İdarəsinin rəhbəri Ömer Faruk Azərbaycanın qazandığı şanlı zəfəri sənətin dili ilə insanlara çatdırılmasından bəhs edib. O, Türkiyədə yaşayan çoxsaylı azərbaycanlı sənət adamlarının, rəssamlarının mədəniyyətə töhfə verməklə yanaşı, iki qardaş ölkə arasında mədəni körpülər qurduğunu bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, zəfər tarixinin hər bir dövlət üçün müqəddəs və önəmli tarixi hadisə olduğunu qeyd edərək, 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərimiz haqqında danışıb. O, Türkiyədə yaşayan çoxsaylı azərbaycanlı rəssamlar arasında keçirilən və zəfərimizə həsr olunan sərgidə 44 əsərin nümayiş olunduğunu və bu əsərlərdə Vətənimizin tarixi, mədəniyyəti, mənəvi dəyərləri, Qarabağ mövzusunun geniş işıqlandırıldığını söyləyib.

Azərbaycan xalqının min illər boyu zəngin bir mədəniyyət yaratdığını və onun rəssamlıq məktəbinin əsrlər boyu bu mədəniyyətin bədii və estetik dəyərlərini qoruyub saxlamaqla inkişaf etdirdiyini qeyd edən Mərkəz direktoru Samir Abbasov, azərbaycanlıların daim qardaş Türkiyənin mədəni həyatında aktiv iştirakını və mədəniyyətin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb.

Səfirliyin müşaviri Füzuli Məcidli Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən bəhs edərək, bu kimi mədəni təşəbbüslərin Azərbaycan ilə Türkiyə arasında mədəniyyət diplomatiyasının gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım müasir Azərbaycanın inkişafının təməlini qoymuş ümummilli lider Heydər Əliyevin siyasi kursunun əhəmiyyətini xüsusi qeyd edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin daha da möhkəmləndiyini, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının tarixə şanlı Zəfər kimi həkk olunduğunu diqqətə çatdırıb.

Çıxış edən İYİ Partiyasından olan millət vəkili Ayyüce Türkeş isə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəri olduğunu bildirib. O, bu möhtəşəm uğurun incəsənət vasitəsilə təqdim olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Sonda Azərbaycanın xalq rəssamı Arif Hüseynov bu cür sərgilər vasitəsi ilə tarixi zəfərin gənc nəslə bədii dillə çatdırılmasının mühüm əhəmiyyətindən danışıb.

Azərbaycan milli musiqilərinin ifa olunduğu sərgiyə baxış keçirilib, nümayiş olunan əsərlər haqqında iştirakçılara məlumat verilib.

Qeyd edək ki, aprel 16-dək Ankara Rəsm və Heykəllər Muzeyində nümayiş olunacaq sərginin Ankara ilə yanaşı, Türkiyənin digər böyük şəhərlərində də təşkili, habelə seçilmiş dəyərli əsərlərin Azərbaycan və Türkiyədə muzeylərinə daimi eksponat kimi hədiyyə olunması nəzərdə tutulur.

 

Paraqraf.com 

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Opera və Balet Teatrının direktoru Mədəniyyət Nazirliyinə çağırılıb – EKSKLÜZİV
Next: Təhsildə tarixi addım: Filialların müstəqilliyi regional inkişafı sürətləndirəcək

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.