Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Türk dövlətləri arasında qarşılıqlı ticarətin illik dəyəri açıqlanıb
İQTİSADİYYAT

Türk dövlətləri arasında qarşılıqlı ticarətin illik dəyəri açıqlanıb

07 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Türk dövlətlərinin xarici ticarətinin ümumi dəyəri 1,2 trilyon ABŞ dolları, onlar arasında qarşılıqlı ticarətin illik dəyəri isə təxminən 57 milyard ABŞ dollarıdır.

Paraqraf.com xəbər verir ki, bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) İqtisadi əməkdaşlıq komissiyasının Milli Məclisdə keçirilən “TÜRKPA üzv dövlətlərinin birgə iqtisadi fəaliyyətinin həyata keçirilməsinin reallıqları və perspektivləri” mövzusunda 13-cü iclasında Komissiyanın sədri, Qazaxıstan Parlamenti Məclisinin deputatı Anas Bakkojayev bildirib.

Bundan başqa, onun sözlərinə görə, il ərzində türk dövlətləri 2,1 trilyon ABŞ dolları dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edirlər, onların dünya iqtisadiyyatındakı payı təxminən 2 % təşkil edir.

“Türk dövlətləri həm bir-birlərinə, həm də Asiya və Avropa bazarlarına ixracı artırmaq üçün böyük imkanlara malikdirlər. Onların arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq, daxili ticarətin artırılması yolu ilə iqtisadi diversifikasiyanın təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verməlidir. Bunun üçün lazımi addımlar atılmaqdadır. Bunlar, türk dövlətlərinin iqtisadi əməkdaşlığı üçün möhkəm hüquqi bazanın formalaşdırılması, türk dövlətlərinin əsas qəbuletmə mərkəzləri arasında qarşılıqlı əlaqənin gücləndirilməsi, ​Türk İnvestisiya Fondu, Türk Ticarət və Sənaye Palatası və ticarətin asanlaşdırılması komitəsi kimi institutların həyata keçirəcəyi spesifik mexanizmlərin yaradılması, ​Birgə iqtisadi fəaliyyəti gücləndirmək üçün konkret layihələrin həyata keçirilməsi, məsələn, Rəqəmsal İqtisadi Tərəfdaşlıq Sazişi, Turan Xüsusi İqtisadi Zonası (SEZ), “yaşıl maliyyə” üzrə işçi şurası, eləcə də Türk Patent Platformasıdır”, – deyə A.Bakkojayev qeyd edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb

Next

Azərbaycan Ruanda ilə iqtisadi potensialın Afrika və Avropada tanıdılmasını müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved