Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Tural Abbaslı: MSK dəyişsə də, sistem dəyişməyəcək
MANŞETSİYASƏT

Tural Abbaslı: MSK dəyişsə də, sistem dəyişməyəcək

03 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Bu ay Mərkəzi Seçki Komissiyasının (MSK) beşillik səlahiyyət müddəti başa çatır və qurum yenidən formalaşdırılmalıdır. Komissiyanın 18 üzvü var. Seçki Məcəlləsinə əsasən, MSK parlamentdəki deputatların sayına uyğun olaraq çoxluq, azlıq təşkil edən və bitərəf deputatların təmsilçilərindən formalaşdırılır. Yeni tərkib təsdiqləndikdən sonra isə komissiyanın ilk iclasında sədr, sədr müavini və iki katib açıq səsvermə yolu ilə seçilir.

Bəs bu il tərkibdə dəyişiklik olacaq? MSK sədri Məzahir Pənahov postunda qalacaqmı?

Ağ Partiya sədri Tural Abbaslı “Paraqraf.com”a bildirib ki, Mərkəzi Seçki Komissiyasında (MSK) dəyişikliklər parlament seçkilərindən sonra olmalıdır:

Tural Abbaslı bütün dairələrdə uduzmalarından danışdı: “Gözləmirdik” Yeni Sabah

“Çünki qanunvericiliyə görə MSK-nı parlament formalaşdırır və onun tərkibi əsasən çoxluq və azlıqlardan ibarətdir. Hər parlament seçkilərindən sonra parlament daxilindəki partiyaların sayı dəyişdiyi üçün MSK da buna uyğun yenidən formalaşdırılmalıdır. Lakin bu il MSK bir ildən artıq müddətdə yenidən təşkil olunmağa çalışır. Bu isə artıq gecikmiş dəyişiklikdir. Seçki komissiyasının tərkibinin formalaşması haqqında qanun dəyişdirilməlidir. Çünki hazırkı Mərkəzi Seçki Komissiyasının formalaşması mexanizmi indiki reallıqlara cavab vermir. Dünya siyasətində isə birtərəf anlayışı yoxdur”.

O qeyd edib ki, bitərəflərin seçilmə mexanizmi şəffaf deyil:

“Yəni bu, dolayısı ilə MSK-da iqtidarın üstünlüyünü təmin etmək üçün formalaşdırılmış mexanizmdir. MSK-nın tərkibi ancaq parlamentdə təmsil olunan partiyalardan ibarət olmalıdır”.

Partiya sədri əlavə edib ki, bu il parlamentin tərkibində yeni partiyalar var:

“Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası və digər partiyalar var. Bu il bu partiyaların təmsilçilik şansı yaranır. Partiyalardan xaric olunanlar da var. Məzahir Pənahovun yenidən seçilib-seçilməməsi iqtidarın qərarı olacaq. Çünki altı namizədi iqtidar, altı namizədi müxalifət, altı namizədi isə bitərəflər təqdim edəcək. Əgər iqtidar öz siyahısında Məzahir Pənahovu yenidən təqdim edərsə, MSK-nın ilk iclasında da elə o seçiləcək”.

Abbaslının sözlərinə görə, MSK tərkibi dəyişsə, daha uğurlu olar:

“Yeni yanaşma, yeni insanlar gəlsə, daha faydalı olar. Seçki qanunvericiliyinə uyğun seçki aparılmalıdır. Bu MSK-nın fəaliyyət göstərdiyi heç bir seçki dövründə Azərbaycan Seçki Məcəlləsinə uyğun seçki keçirilməyib. Lakin siyasi idarə dəyişməyəcəksə, MSK-nın dəyişməsinin heç bir önəmi yoxdur”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

30 yaşa qədər hərbi xidmət keçməyənlər geri dönərsə nə baş verir?

Next

Təhsildə transsendent liderlik: Görünməz idarəetmə modelinin tətbiqi | Günay Qurbanova

Copyright 2026— Praqraf.com. All rights reserved