Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 3
  • Azərbaycan Efiopiya ilə ticarət və investisiya sahəsində əlaqələri genişləndirir

Azərbaycan Efiopiya ilə ticarət və investisiya sahəsində əlaqələri genişləndirir

admin 03 Aprel 2026 2 minutes read
4Fm07lOEW7xms93sZnwb6PWfNYtUTDEJl4Z5ZAmA_1200
PAYLAŞIN:

Azərbaycan və Efiopiya arasında Azərbaycan Efiopiya ilə ticarət və investisiya sahəsində əlaqələr genişləndirilir.

Bu barədə Paraqraf.com-a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumata verilib.

Bildirilib ki, bu sənədlər AZPROMO-nun nümayəndələrinin Efiopiyanın Əddis-Əbəbə şəhərində Efiopiya İnvestisiya Komissiyası və Maliyyə Nazirliyi tərəfindən keçirilən “Invest in Ethiopia 2026” biznes forumunda iştirakı zamanı imzalanıb.

Tədbirdə Efiopiyanın investisiya imkanları təqdim edilib, dövlət rəsmiləri və özəl sektorun iştirakı ilə panel sessiyalar keçirilib. Bu ölkəyə səfər çərçivəsində AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevin rəhbərliyi ilə Agentliyin nümayəndələri bir sıra qurumlarla görüşlər keçiriblər.

Efiopiya İnvestisiya Komissiyasının (EIC) rəhbəri Zeleke Temesgen ilə görüşdə bu ilin fevral ayında Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin Azərbaycana rəsmi səfəri çərçivəsində AZPROMO ilə EIC arasında imzalanan Anlaşma Memorandumunun icrası müzakirə olunub. Görüşdə iki qurum arasında əlaqələrin gücləndirilməsi perspektivləri, birgə təşəbbüs və fəaliyyət imkanları nəzərdən keçirilib.

Efiopiya Ticarət Palatası və Sahəvi Assosiasiyalarının (ECCSA) vitse-prezidenti Aynalem Abayne Mamo ilə görüşdə iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulması və ikitərəfli ticarət potensialının öyrənilməsinin önəmi qeyd olunub. Efiopiya ilə ticarət münasibətlərinin inkişafına dair fikir mübadiləsi aparılıb.

Efiopiyanın mədən sənayesi naziri Habtamu Tegene Destaye ilə görüşdə dağ-mədən sənayesində birgə fəaliyyət imkanları dəyərləndirilib.

“Ethiopian Investment Holdings” suveren fondunun baş icraçı direktoru Bruk Taye ilə görüşdə ölkəmizin investisiya potensialı haqqında məlumat verilib, qarşılıqlı əməkdaşlığın perspektivləri, investisiya üzrə tərəfdaşlıq və birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

 

Paraqraf.com 

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan Niderlanddan qızılgül idxalını 5 dəfədən çox artırıb
Next: Azərbaycan və Çinin banklar assosiasiyaları əməkdaşlıq memorandumu imzalayacaq

OXŞAR MÖVZULAR

4ffbf508-fed0-3b0a-b3d3-2465bf884e5e_1200 (2)

Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq

admin 23 Aprel 2026
qDuY3V3GKU6CaqJBvOi5j4nLftdPmiV1GFUqE4V5_1200

Mərkəzi Asiya ölkələri və Azərbaycan ətraf mühitin qorunmasında birgə fəaliyyət üzrə bəyanat qəbul ediblər

admin 23 Aprel 2026
Gn4Bv65RrWYKapt61md7Tk2W9oxOy8wmwIM2b270_1200

Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.