Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/30 yaşa qədər hərbi xidmət keçməyənlər geri dönərsə nə baş verir?
CƏMİYYƏTMANŞET

30 yaşa qədər hərbi xidmət keçməyənlər geri dönərsə nə baş verir?

03 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Hərbi xidmətlə bağlı qanunvericilik çərçivəsində çağırış yaşına çatmış vətəndaşların ölkədən çıxışı və geri qayıdışı məsələsi tez-tez müzakirə mövzusuna çevrilir. Xüsusilə, 30 yaş tamam olmadan ölkəni tərk edən və bu müddətdə hərbi xidmət keçməyən şəxslərin sonradan geri dönüşü hüquqi baxımdan bir sıra suallar doğurur. Bu kimi hallar həm hərbi uçot qaydalarının icrası, həm də vətəndaşın məsuliyyəti kontekstində qiymətləndirilir və praktiki tətbiqdə müxtəlif yanaşmalarla müşayiət oluna bilər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov “Paraqraf.com”a bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

Pərviz Sədrəddinov: VEİS-in əsas məqsədi xidmətlərin keyfiyyətinin  yüksəldilməsidir

“Burada “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür. Miqrasiya Məcəlləsinin 9.3.5-1-ci maddəsinin tələblərinə görə isə müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçıran çağırışçıların ölkədən getmək hüququ barələrində çağırış üzrə qərar qəbul edilənədək məhdudlaşdırılır. Yəni ölkədən çıxışa tətbiq olunmuş məhdudiyyət yalnız çağırışçı barəsində qanunamüvafiq qərar (müddətli həqiqi hərbi xidmətə çağırılma, çağırışa möhlət verilməsi və ya çağırışdan azad olunma) qəbul edildikdən sonra aradan qaldırılır. Azərbaycanda hərbi xidmətə çağırışın son yaş həddi 30 yaş müəyyən edilmişdir. 30 yaşı tamam olanadək heç bir əsas olmadan müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınmış şəxslərin əməllərinə hüquqi qiymət verildikdən sonra onlar barəsində qanunamüvafiq qərarlar qəbul edilir və yalnız bundan sonra onların ölkədən çıxışına tətbiq edilmiş məhdudiyyət aradan qaldırılır”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Next

Tural Abbaslı: MSK dəyişsə də, sistem dəyişməyəcək

Copyright 2026— Praqraf.com. All rights reserved