Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin ikinci oyunlarına bu gün start veriləcək.
Paraqraf.com-un məlumatına görə, ilk olaraq iki qarşılaşma keçiriləcək.
“Turan” doğma meydanda “Murov Az Terminal”ı qəbul edəcək. Görüş Tovuz Olimpiya İdman Kompleksində, saat 16:00-da start götürəcək.
Saat 18:00-da isə “DH Volley” “Azərreyl”lə münasibətlərə aydınlıq gətirəcək. Oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.
“Turan” və “DH Volley” ilk matçlarda inamlı qələbə qazanıblar – 3:0.
Xatırladaq ki, 1/4 finalın digər oyunları aprelin 3-də reallaşacaq.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
