Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Ərdoğan: Türkiyə bölgədə sülhün təmini üçün bütün lazımi addımları atmağı öz vəzifəsi sayır
DÜNYA

Ərdoğan: Türkiyə bölgədə sülhün təmini üçün bütün lazımi addımları atmağı öz vəzifəsi sayır

01 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Türkiyə bölgədə sülhün təmini üçün lazımi addımları tərəddüdsüz şəkildə atmağı öz vəzifəsi sayır.

Paraqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlamentdəki qrup toplantısında deyib.

Onun sözlərinə görə, Türkiyəni bu alovdan uzaq saxlamaqda qətiyyətlidirlər:

“Axan qanın dayandırılması, silahların susması və problemlərin diplomatiya yolu ilə həll oluna bilməsi üçün iynə ucu qədər ümid varsa, bunu dəyərləndirmək boynumuzun borcudur”.

Türkiyə lideri qeyd edib ki, müharibənin regional daxili qarşıdurmaya çevrilmə riski var:

“Enerji, nəqliyyat və infrastruktur obyektlərinə yönəlmiş cavab zərbələri regional daxili qarşıdurmaları alovlandırır”.

Ərdoğan əlavə edib ki, müharibənin başlanğıcından etibarən Türkiyənin prinsipial mövqeyi, dünyaya və bölgəyə verdiyi mesajlar insanlığın və vicdanın səsi olub:

“Bəşəriyyətin düşdüyü bu sıxıntılı vəziyyətdən çıxması üçün ən böyük imkan diplomatiya və dialoqdur. Maksimalist tələblərdə israr etmək əvəzinə, ortaq məxrəcə gəlməyə çalışmaq lazımdır. Bunu ağıl da tələb edir, vicdan da. Beynəlxalq hüquq, ədalət də bunu zəruri edir. Ümidimiz odur ki, sağlam düşüncənin hakim olduğu, daha çox qan tökülmədən sülhə gedən yol açılsın. Biz bunun üçün lazım gələrsə bütün gücümüzlə səylərimizi davam etdirəcəyik”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İrlandiya Ukraynaya humanitar yardım üçün daha 40 milyon avro ayırıb

Next

Rusiya Ukraynanın Luqansk vilayəti üzərində nəzarəti ələ aldığını bəyan edib

Copyright 2026— Praqraf.com. All rights reserved