Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Argentina SEPAH-ı terror təşkilatları siyahısına daxil edib
DÜNYA

Argentina SEPAH-ı terror təşkilatları siyahısına daxil edib

01 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Argentina hakimiyyəti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına daxil edilməsi barədə qərar qəbul edib.

Paraqraf.com xəbər verir ki, müvafiq məlumatı Argentina Prezidenti Xavyer Mileyin administrasiyası yayıb.

“Ölkə hökuməti SEPAH-ın terror fəaliyyəti və onun maliyyələşdirilməsi ilə əlaqəli olan fiziki və hüquqi şəxslərin ictimai reyestrinə daxil edilməsi barədə qərar qəbul edib. Bu qərar Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Kəşfiyyat Nazirliyinin birgə səyləri ilə hazırlanıb və Argentina ərazisində terror aktlarının törədilməsi də daxil olmaqla, transmilli miqyaslı qanunsuz fəaliyyəti sübut edən rəsmi məlumatlara əsaslanır”, – rəsmi bəyanatda qeyd olunub.

Sənəddə vurğulanıb ki, SEPAH-ın Argentinada törədilmiş iki terror hücumu – 1992 və 1994-cü illərdəki partlayışlarla əlaqəli olduğu ehtimal edilir. İran tərəfi bu hadisələrlə bağlı iranlı diplomatlara və dövlət xadimlərinə qarşı irəli sürülən bütün ittihamları dəfələrlə təkzib edib.

Qeyd edək ki, 17 mart 1992-ci ildə Argentinanın paytaxtında içərisində kamikadze olan və partlayıcı maddə ilə doldurulmuş pikap İsrail səfirliyinin fasadına çırpılıb. Güclü partlayış İsrailin diplomatik missiyasının binasını, yaxınlıqdakı katolik kilsəsini və qonşuluqdakı məktəb binasını məhv edib. Hücum nəticəsində dördü İsrail səfirliyinin əməkdaşı olmaqla, 28 nəfər ölüb, daha 300-ə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. 18 iyul 1994-cü ildə isə Argentinanın yəhudi mədəniyyət mərkəzinin yaxınlığında 85 nəfərin həyatına son qoyan terror aktı törədilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Husilər İsrailin cənubundakı mühüm hədəflərə raket zərbəsi endiriblər

Next

SOCAR Misirin Dövlət Neft Korporasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Copyright 2026— Praqraf.com. All rights reserved