Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Universitetlərin regionlara köçürülməsi: inkişaf üçün yeni mərhələ?
MANŞETÖZƏL

Universitetlərin regionlara köçürülməsi: inkişaf üçün yeni mərhələ?

31 Mart 2026 1 Min Read
PAYLAŞIN:

“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıdakı bəzi universitetlərin köçürülməsi və bölgələrdə yeni ali təhsil müəssisələrinin yaradılması məsələsinin əksini tapacağı gözlənilir. Bu məsələ Milli Məclisin bir neçə gün əvvəl keçirilən iclasında müzakirəyə çıxarılan “Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda da yer alıb.

Bəs universitetlərin paytaxtdan regionlara köçürülməsi təhsil sisteminə və bölgələrin inkişafına nə vəd edir?

Təhsil eksperti Etibar Əliyev “Paraqraf.com”a açıqlamasında bildirib ki, bu məsələ uzun müddətdir gündəmdə olsa da, hələlik real nəticə əldə olunmayıb:

“Hazırda regionlarda Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Qarabağ Universiteti kimi ali təhsil müəssisələri fəaliyyət göstərir. Təcrübə göstərir ki, universitetlərin şəhərdən kənarda yerləşdirilməsi regionların inkişafına müsbət təsir edir. Bu, həm də tələbələr arasında ünsiyyəti gücləndirir, tələbə şəhərciklərinin formalaşmasına şərait yaradır”.

Ekspertin sözlərinə görə, universitetlərin köçürülməsi ciddi maliyyə tələb edir:

“Xüsusilə şəhərin mərkəzində yerləşən ali məktəblərin köçürülməsi böyük resurslar tələb edir. Hazırda bir çox universitetlərin qapısı birbaşa küçəyə açılır və bu da geniş kampus imkanlarını məhdudlaşdırır. Əslində isə universitetlər böyük əraziyə malik olmalı, tələbələr üçün idman, istirahət və kitabxana imkanları yaradılmalıdır”.

Etibar Əliyev qeyd edib ki, tələbələrin sosiallaşması üçün şərait yetərli deyil:

“Universitetlərin əksəriyyətində yataqxana problemi qalmaqdadır. Bu isə tələbələr arasında ünsiyyəti və sağlam rəqabəti məhdudlaşdırır. İnsan kapitalının inkişafına nail olmaq üçün ən azı 3-4 universitetin regionlara köçürülməsi vacibdir”.


Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub – FOTOLAR

Next

Razi Abbasbəyli: “Nağdsız ödənişlər şəffaflığı artırsa da, nağd əməliyyatlara da ehtiyac qalacaq”

Copyright 2026— Praqraf.com. All rights reserved