Gəncədə keçiriləcək yeniyetmə cüdoçular arasında Avropa Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib.
Paraqraf.com-un məlumatına görə, yarışda 11 ölkə təmsilçiləri mübarizə aparacaqlar.
Turnirdə Azərbaycan cüdoçuları ilə yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Polşa, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ təmsilçiləri tatamiyə çıxacaqlar.
Yarışda Azərbaycanın 100-dən çox idmançısı çıxış edəcək.
Xatırladaq ki, turnir aprelin 4-5-də Gəncə İdman Sarayında təşkil olunacaq.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
