Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycan iki ayda Türk dövlətləri ilə 1,3 milyard dollarlıq ticarət aparıb
İQTİSADİYYAT

Azərbaycan iki ayda Türk dövlətləri ilə 1,3 milyard dollarlıq ticarət aparıb

31 Mart 2026 2 Min Read
PAYLAŞIN:

Bu ilin yanvar-fevral aylarında Azərbaycan və Türk dövlətləri arasında ticarət dövriyyəsi 1 milyard 32 milyon 118 min ABŞ dolları təşkil edib.

Paraqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % azdır.

Belə ki, bu dövrdə Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi 65 milyon 557 min ABŞ dollar təşkil edib ki, bunun da 24 milyon 297 min dolları ixracın, 41 milyon 259 min dolları isə idxalın payına düşüb. Bu ölkə ilə ticarət dövriyyəsi 8,8 %, idxal 30,9 % azalıb. Bu müddət ərzində ixrac isə 2 dəfə artıb.

Özbəkistanla ticarət dövriyyəsi 58 milyon 660 min ABŞ dolları təşkil edib ki, bunun da 19 milyon 445 min dolları ixracın, 39 milyon 214 min dolları isə idxalın payına düşüb. Bu ilin ilk iki ayında bu ölkə ilə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 % azalıb. İdxal 34,1 % azalıb, ixrac isə 3,5 dəfədən çox artıb.

Qırğızıstanla ticarət dövriyyəsi 9 milyon 911 min ABŞ dollar təşkil edib ki, bunun da 8 milyon 744 min ABŞ dolları ixracın, 1 milyon 166 min dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 3,8 dəfə, ixrac 10 dəfə artıb, idxal isə 34,5 % azalıb.

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin dəyəri 877 milyon 117 min ABŞ dolları təşkil edib ki, bunun da 532 milyon 908 min dolları ixracın, 344 milyon 209 min dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 12,6 %, ixrac 7 %, idxal 20 % azalıb.

Ölkəmizin digər Türk dövləti olan Türkmənistanla ticarət dövriyyəsinin dəyəri 11 milyon 944 min ABŞ dolları olub ki, bunun da 3 milyon 836 min dolları ixracın, 8 milyon 107 min ABŞ dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 76,3 %, o cümlədən ixrac 42,9 %, idxal 81,4 % azalıb.

Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olan Macarıstanla isə Azərbaycanın ticarət dövriyyəsinin dəyəri 8 milyon 928 min ABŞ dolları təşkil edib. Bunun 1 milyon 485 min dolları ixracın, 7 milyon 443 min dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 21,8 %, idxal 27,9 % azalıb, ixrac isə 34,8 % artıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Dəmiryol vağzallarında elektron siqaret çəkənlər 30 manat cərimələnəcək

Next

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

Copyright 2026— Praqraf.com. All rights reserved