Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Gürcüstanda Azərbaycan və Ermənistanla sərhəd yolları üçün yeni beynəlxalq tender elan edilib
SİYASƏT

Gürcüstanda Azərbaycan və Ermənistanla sərhəd yolları üçün yeni beynəlxalq tender elan edilib

28 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Gürcüstan hökuməti Rustavi-Tsiteli körpüsü və Alqeti-Sadaxlı əsas yol seqmentlərində aparılacaq tikinti işlərinə nəzarət məqsədilə beynəlxalq tenderi yenidən elan edib.

Paraqraf.com bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Yol Departamentinə istinadən xəbər verir.

Qurumun açıqlamasına əsasən, nəzarət xidmətlərinin ümumi təxmini məbləği 19 milyon avro həcmindədir.

Məlumata görə, Rustavi-Tsiteli körpüsü və Alqeti-Sadaxlı hissələri Şərq-Qərb və Cənub-Şimal beynəlxalq tranzit dəhlizlərinin əhəmiyyətli seqmentini təşkil edir və Gürcüstanın magistral yol infrastrukturunu Azərbaycan və Ermənistan sərhədlərinə qovuşdurur.

Layihə daxilində beynəlxalq yol təhlükəsizliyi normalarına müvafiq olaraq, 61,3 km uzunluğunda 4 zolaqlı, beton örtüklü və müasir işıqlandırma sistemi ilə təmin edilmiş avtomobil yolunun inşası nəzərdə tutulub. Eyni zamanda, 26 körpü və 11 yol qovşağının tikilməsi də planın tərkib hissəsidir. Bu istiqamətdə işlər dörd ayrı hissəyə bölünmüşdü və ilkin planlara uyğun olaraq, tikinti prosesinin 2025-ci ildə başlaması və 30 aylıq müddət ərzində mərhələli qaydada yekunlaşdırılması nəzərdə tutulurdu.

Layihənin maliyyələşdirilməsi Avropa İnvestisiya Bankının (EIB) krediti və dövlət büdcəsinin ortaq vəsaitləri hesabına həyata keçirilir. Bank bu təşəbbüs üçün 250 milyon avro kredit vəsaiti ayırıb. Əsas yol hissələrinin layihələndirilməsi isə Dünya Bankının dəstəyi ilə hollandiyalı şirkət tərəfindən hazırlanıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Yaxın Şərq gərginliyi fonunda Azərbaycan nefti maksimum səviyyəyə yüksəlib

Next

“INPEX” Qazaxıstanda və Azərbaycanda hasil etdiyi nefti Yaponiyaya yönləndirəcək

Copyright 2026— Praqraf.com. All rights reserved