Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/WSJ: Pentaqon Yaxın Şərqə daha 10 min hərbçi göndərə bilər
DÜNYA

WSJ: Pentaqon Yaxın Şərqə daha 10 min hərbçi göndərə bilər

27 Mart 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ Müharibə Nazirliyi İranla qarşıdurmanın potensial eskalasiyası halı üçün Yaxın Şərqə daha 10 minədək hərbi qulluqçunun göndərilməsi imkanını nəzərdən keçirir.

Paraqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri Pentaqonun məlumatlı rəsmilərinə istinadən məlumat yayıb.

Qəzet qeyd edib ki, plan ABŞ Prezidenti Donald Trampa daha geniş hərbi variantlar toplusu təqdim etmək məqsədilə işlənib hazırlanır, eyni zamanda, o, paralel olaraq Tehranla sülh yolu ilə nizamlanma imkanını nəzərdən keçirir.

Nəzərdə tutulan kontingentə zirehli texnika ilə təchiz olunmuş quru qoşunları bölmələri daxil ola bilər. Məlumatlı şəxslər dəqiqləşdiriblər ki, bu qüvvələr artıq regiona göndərilmiş təxminən 5 min dəniz piyadasına və ABŞ Silahlı Qüvvələrinin 82-ci hava-desant diviziyasına əlavə olacaq.

Bununla yanaşı, mənbələr diqqəti ona yönəldiblər ki, quru qoşunları bölmələrinin göndərilməsi barədə yekun qərar hazırkı məqamda təsdiqlənməyib – Tramp sadəcə olaraq belə bir ssenarini təhlil edir.

Nəşrin qiymətləndirməsinə görə, ehtiyac yarandığı təqdirdə, Fars körfəzi akvatoriyasında bir sıra sahilboyu ərazilər və adalar, o cümlədən İran neftinin təxminən 90 %-nin ixrac edildiyi Xarq adası üzərində nəzarəti bərqərar etmək və onları əldə saxlamaq üçün əlavə silahlı qüvvələr tələb oluna bilər.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tramp ABŞ-nin İranla müharibədə tam qələbə qazandığını elan edib

Next

ABŞ-də İrana zərbələr zamanı itirilmiş texnikanın bərpası xərcləri hesablanıb

Copyright 2026— Praqraf.com. All rights reserved