Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“Qarabağ”ın qapıçısı Mateuş Koxalski MLS-ə transfer imkanını rədd edib
İDMAN

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski MLS-ə transfer imkanını rədd edib

27 Mart 2026 1 Min Read
PAYLAŞIN:

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski ABŞ-nin MLS Liqasına transfer imkanını rədd edib.

Paraqraf.com xəbər verir ki, 25 yaşlı qolkiper bu barədə “Sport.pl” nəşrinə müsahibəsində bildirib.

Polşalı oyunçu karyerasını Avropada davam etdirmək istədiyini söyləyib:

“Avrokuboklarda oynamaq niyyətindəyəm. Məni burada çıxış edən klublar maraqlandıracaq. Bu səbəbdən MLS-ə transfer imkanını rədd etdim. Oradan sorğular var idi. Harada oynayacağımı bilmirəm, çünki buna bir neçə məsələ təsir edəcək. Arzum İngiltərə Premyer Liqasıdır. Lakin ehtiyat qapıçı olacağım komandaya getməyəcəyəm. Oynamaq və “bir nömrə” olmaq istəyirəm. Məni yalnız bu maraqlandırır”.

M.Koxalski UEFA Çempionlar Liqasında “Napoli”yə qarşı keçirdikləri matça xüsusi toxunub:

“Məğlubiyyətə baxmayaraq, bu qarşılaşmanı yaxşı xatırlayacağam. Uduzduğumuz oyundan sonra heç vaxt razı qalmıram. Amma həmin vaxt çox müsbət şeylər baş verdi. Bir neçə yaxşı qurtarışım oldu. Təkcə yaxınlarımdan yox, başqalarından da təbriklər aldım. Matçdan sonra “Napoli”nin məşqçilər korpusundan bir nəfərlə danışdım. Məni təriflədi, Dedi ki, belə davam edim və inkişafdan qalmayım, çünki məni izləyəcəklər. Bu çox böyük motivasiya oldu”.

Xatırladaq ki, Mateuş Koxalski 2024-cü ilin avqustundan “Qarabağ”da çıxış edir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələsi başlayır

Next

Emil və Ernest Ağakişi qardaşları Avropa Kubokunun oyununa təyinat alıblar

Copyright 2026— Praqraf.com. All rights reserved