Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün növbəti oyunlar keçiriləcək.
Paraqraf.com-un məlumatına görə, XIX turun ilk qarşılaşmasında “Murov Az Terminal” “Gənclər”i sınağa çəkəcək.
Görüş Abşeron Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək.
Saat 16:00-da isə “Azərreyl” “Ordu”, “Xilasedici” “Neftçi” ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.
Qeyd edək ki, müntəzəm mövsümün sonuncu – XX turu martın 30-da keçiriləcək.
Paraqraf.com
![]()
Visited 6 times, 1 visit(s) today
