Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 23
  • “Məqsəd dövlətçiliyimizə və milli dəyərlərimizə zərbə vurmaqdır”

“Məqsəd dövlətçiliyimizə və milli dəyərlərimizə zərbə vurmaqdır”

admin 23 Mart 2026 4 minutes read
Снимок экрана 2026-03-23 213237
PAYLAŞIN:

“Biz xaricdəki anti-milli ünsürlərin və müxtəlif düşmən qüvvələrin davamlı olaraq Azərbaycan dövlətinə və onun Prezidentinə qarşı şər və böhran, qarayaxma kampaniyalarının şahidi olmuşuq. Son dövrlərdə isə süni intellekt texnologiyaları sayəsində daha da artan bu cür feyk materialların və qərəzli kiber-montajların yayılmasında başlıca məqsəd nüfuzlu şəxsiyyətləri, tanınmış ictimai xadimləri, dövlətimizin güclənən beynəlxalq mövqeyini gözdən salmaqdır”.

Paraqraf.com xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev bildirib.

O qeyd edib ki, bunu təkcə Azərbaycanın deyil, başqa ölkələrin də yüksək nüfuz sahiblərinə qarşı feyk-infolarda görmək mümkündür:

“Xüsusilə də, Prezidentimizin ailə üzvlərinə qarşı yönəlmiş bu kiberdələduzluq və şantaj təşviqatının əsas məqsədi Azərbaycan Prezidentinin dünyada artan sarsılmaz nüfuzu, qətiyyətli lider kimi beynəlxalq birlikdə qəbul edilməsindən doğan qısqanclıq, gözügötürməzlikdir.

İlham Əliyev qlobal miqyasda sülh və əmin-amanlığın möhkəmlənməsi yönündə iradəli lider kimi tanınır, öz mövqeyini sərrast bəyan edir, Azərbaycanın heç kimdən asılı olmadığını və əzmkar siyasət yürütdüyünü əməli ilə təsdiqləyir. Prezidentin “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif edilməsi onun bəşəri lider olmasını göstərir.

Eləcə də, Azərbaycan dövləti regionun sabitlik və barışdırıcı missiyası ilə nümunədir, qlobal forumlar Bakıda keçirilir. Bu və digər geosiyasi amillər fonunda Prezidentin daha da möhkəmlənən xarizmatik liderliyi bəzi xarici qüvvələri və onların əlaltılarını narahat edir, dövlət başçısının ailəsinə qarşı kibercinayətkar şəbəkənin maliyyəsi və sifarişi ilə şantaja əl atırlar. Ancaq bunların da təşkilatçıları çox keçmir ki, ifşa olunur. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat nəticəsində Prezident ailəsinə qarşı şantaj xarakterli fəaliyyətlə məşğul olan şəxsin saxlanılması bunun konkret faktoloji təsdiqidir.

Bu, Alena xanım Əliyeva haqqında yayılan feyk yazıların bir mərkəzdən təşkil və idarə olunduğunu təsdiq edir. Cinayətkar şəbəkənin üzvü də etiraf edir ki, onlar xaricdəki müxtəlif təxribatçı və anti-Azərbaycan qüvvələr tərəfindən verilən pul müqabilində bu cür dezinformasiya propaqandasına cəlb olunublar.

Sözsüz  ki, bu cür ucuz kampaniya heç vaxt əsil həqiqətləri, ictimai xadim olan Alena Əliyevanın humanist obrazına zərrə qədər təsir edə bilməz. Azərbaycan cəmiyyəti milli dəyərlərimizə, adət-ənənələrimizə olduqca bağlı olan və əsl xanımlıq nümunəsi nümayiş etdirən Alena xanımı çox sevir və  onun nümunəvi sosial-humanist davranışlarını təqdir edir.

Məlum proseslər isə onu tələb edir ki, süni texnologiyaların köməyi ilə ictimai rəyi manipulyasiya edərək dövlətə olan inamı zəiflətməyə çalışan kibercinayətkar şəbəkə və onun trollarına qarşı daha güclü və qabaqlayıcı addımlar atılmalı, süni intellekt texnologiyalarının sosial media və informasiya məkanında mənfi meyllərinə qarşı nəzarət gücləndirilməlidir”.

Loading

Visited 39 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: 46 il gecikən savaş –Karter cürətli olsa və Moskva qoysa, İran 1980-ci ildə vurulardı
Next: Çəmbərəkdən birlik mesajı: Çaykəndlilər Novruzu bir arada qeyd etdi – FOTOLAR

OXŞAR MÖVZULAR

4ffbf508-fed0-3b0a-b3d3-2465bf884e5e_1200 (2)

Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq

admin 23 Aprel 2026
qDuY3V3GKU6CaqJBvOi5j4nLftdPmiV1GFUqE4V5_1200

Mərkəzi Asiya ölkələri və Azərbaycan ətraf mühitin qorunmasında birgə fəaliyyət üzrə bəyanat qəbul ediblər

admin 23 Aprel 2026
Gn4Bv65RrWYKapt61md7Tk2W9oxOy8wmwIM2b270_1200

Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.