Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Paraqraf.com-un məlumatına görə, bu barədə səfirliyin feysbuk səhifəsindəki paylaşımında bildirilib.
“Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımızı çatdırırıq – bu bayram xeyirin şər üzərində, işığın qaranlıq üzərində, sevginin nifrət üzərində qələbəsini simvolizə edir! Qoy yazın gecə-gündüz bərabərliyi günündə başlayan yeni astronomik il xoşniyyətli bütün insanlara xoşbəxtlik və sevinc gətirsin! Qoy ürəklərdə həmişə bahar əhvali-ruhiyyəsi və daha yaxşı gələcəyə ümid hökm sürsün!”, – paylaşımda qeyd edilib.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
