UEFA Avropa Liqasında bu gün 1/4 finala yüksələn bütün komandalar müəyyənləşib.
Paraqraf.com-un məlumatına görə, 1/8 final mərhələsində 7 qarşılaşma baş tutub.
Almaniyada “Frayburq” Belçikanın “Genk” klubunu, Fransada “Lion” İspaniyanın “Selta” komandasını, Danimarkada isə “Midtyullann” İngiltərə təmsilçisi “Nottinqem Forest”i qəbul edib.
İtaliyada “Roma” və “Bolonya” komandaları üz-üzə gəlib. Digər matçlarda isə “Betis” “Panatinaikos”la, “Portu” “Ştutqart”la, “Aston Villa” isə “Lill”lə qarşılaşıb.
UEFA Avropa Liqası
1/8 final, cavab görüşləri
19 mart
“Frayburq” (Almaniya) – “Genk” (Belçika) 5:1
İlk oyun – 0:1
“Lion” (Fransa) – “Selta” (İspaniya) 0:2
İlk oyun – 1:1
“Midtyullann” (Danimarka) – “Nottinqem Forest” (İngiltərə) 1:2
İlk oyun – 1:0
“Betis” (İspaniya) – “Panatinaikos” (Yunanıstan) 4:0
İlk oyun – 0:1
“Portu” (Portuqaliya) – “Ştutqart” (Almaniya) 2:0
İlk oyun – 2:1
“Roma” (İtaliya) – “Bolonya” (İtaliya) 4:3
İlk oyun – 1:1
00:00. “Aston Villa” (İngiltərə) – “Lill” (Fransa) 2:0
İlk oyun – 1:0
Xatırladaq ki, martın 18-də gün baş tutan matçda Portuqaliyanın “Braqa” klubu Macarıstan təmsilçisi “Ferentsvaroş”u iki oyunun nəticəsinə (0:2, 4:0) əsasən üstələyərək 1/4 finala yüksəlib.
Beləliklə, UEFA Avropa Liqasında 1/4 finala yüksələn bütün komandalar məlum olub:
“Braqa” – “Betis”
“Frayburq” – “Selta”
“Portu” – “Nottinqem Forest”
“Bolonya” – “Aston Villa”
Qeyd edək ki, Avropa Liqasının finalı İstanbuldakı “Beşiktaş” stadionunda keçiriləcək. Yarışın həlledici oyunu 20 may 2026-cı ildə baş tutacaq. Avropa Liqasının son qalibi “Tottenhem”dir. İngiltərə komandası ötən il finalda “Mançester Yunayted”i məğlub edib.
Paraqraf.com
![]()
