İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi general Əli Məhəmməd Naeini bu gün endirilən hava zərbələri nəticəsində həlak olub.
Paraqraf.com xəbər verir ki, SEPAH teleqram kanalında məlumatı təsdiqləyib.
SEPAH-dan bildirilib ki, Əli Məhəmməd Naeini müqəddəs Ramazan ayının son günü sübh çağı ABŞ və İsrailin hava zərbəsi nəticəsində həlak olub.
Generalın ölümü ilə bağlı əlavə məlumatlar hələ ki açıqlanmayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Paraqraf.com
![]()
