Son sutka ərzində Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətinə hücumları nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb.
Paraqraf.com “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Milli Polisindən bildirilib.
“Son sutka ərzində Sumı vilayətinin atəşə tutulması nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb”, – məlumatda vurğulanıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, regionun bir sıra yaşayış məntəqələri zərbələrə məruz qalıb. Hücumlar zamanı aviabombalardan və pilotsuz uçuş aparatlarından istifadə edilib.
Bildirilib ki, ərazilərdə istintaq-əməliyyat qrupları, kriminalistlər və s. fəaliyyət göstərirlər.
Paraqraf.com
![]()
Visited 3 times, 3 visit(s) today
