Skip to content
20 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 20
  • Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

admin 20 Mart 2026 3 minutes read
KhR31IMn23IEiKwbNRfM09fXQTItitGyrLAjVEho_1200
PAYLAŞIN:

Bu gün – martın 20-i Azərbaycanda Novruz bayramı qeyd edilir.

Paraqraf.com xəbər verir ki, təbiətin, həyatın oyanması Novruzdan başlanır.

Azərbaycan xalqı bunu təntənəli və həm də yeni ilin, yeni günün – Novruzun gəlişinə azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur. Xalq inamına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel, nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.

Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları s hərfindən başlayan yeddi növ xörək olmalıdır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa masanın üstünə güzgü və şamlar, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam – od, işıq deməkdir (hansı ki, insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir.

Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan”. Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtlik əlamətidir.

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.

Xatırladaq ki, UNESCO Novruz bayramını 2009-cu il sentyabrın 30-da qeyri-maddi mədəni irs siyahısına daxil edib.

 

 Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan basketbol millisi Türkiyədə bürünc medal qazanıb
Next: Sabah 20 dərəcə isti olacaq – PROQNOZ

OXŞAR MÖVZULAR

9135b301-413e-3865-bc70-d5236b9f0aaf_1200

Polad Bülbüloğlu: İncəsənət müəllimləri 5 ildən bir attestasiyadan keçməlidir

admin 18 Mart 2026
LY9CJeng8N4DpSNSIARZA1PeAfdBwSow12BNAoFX_1200 (1)

Cəsarət Valehov: Azərbaycandakı musiqi müəllimlərinin 77 %-i orta ixtisas təhsillidir

admin 18 Mart 2026
036A5991-2048x1365

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

admin 05 Mart 2026

XƏBƏR LENTİ

Papikyan: Ermənistanda keçiriləcək seçkilərdə müxalifətin qələbəsi müharibəyə gətirib çıxara bilər 3iVtPE7T1D3gWZsbOeSpXaE0NU8eUGKlrferjye1_1200

Papikyan: Ermənistanda keçiriləcək seçkilərdə müxalifətin qələbəsi müharibəyə gətirib çıxara bilər

20 Mart 2026
İsrailin HHM sistemini idarə etmiş şəxs İrana məxfi məlumatlar ötürdüyünə görə həbs edilib qbpi2BnU1IWNn98gTSmAWWiXYmMyqRh7r9hAArxs_1200

İsrailin HHM sistemini idarə etmiş şəxs İrana məxfi məlumatlar ötürdüyünə görə həbs edilib

20 Mart 2026
Rusiya ordusu Ukraynanın Sumı vilayətinə hücum edib, ölənlər və yaralananlar var hFk3we6h55JzMEwvf926kxDTKiyStTVOYDW0eAo2_1200

Rusiya ordusu Ukraynanın Sumı vilayətinə hücum edib, ölənlər və yaralananlar var

20 Mart 2026
Rusiya PUA-sı Odessa limanında iki xarici ticarət gəmisini zədələyib kJ96LvVdxdsgAwQ3m9M7qNk8lcvJToOriG0RnhZe_1200

Rusiya PUA-sı Odessa limanında iki xarici ticarət gəmisini zədələyib

20 Mart 2026
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib SIHL1S1kUbdGs47tvzGSuLwlMRt7B8TvA2yU0JZf_1200

İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib

20 Mart 2026
SEPAH generalı Əli Məhəmməd Naeini öldürülüb yieL6kbhMHOy9hmkwXuXKyxE91u1EwwyzcqDRpHZ_1200

SEPAH generalı Əli Məhəmməd Naeini öldürülüb

20 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.