Skip to content
20 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 19
  • Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 9 dəfədən çox artırıb

Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 9 dəfədən çox artırıb

admin 19 Mart 2026 2 minutes read
wi3kOgSpDz7U1Q1VGYovtnWj29GJtjho2JBSeJCC_1200 (1)
PAYLAŞIN:

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 14,77 milyon ABŞ dolları dəyərində 22 min 395 ton neft və neft yağları idxal edib.

Paraqraf.com-un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 dəfə, kəmiyyət olaraq 9,4 dəfə çoxdur.

2026-cı ilin ilk 2 ayında Gürcüstan xarici ölkələrdən 209 milyon ABŞ dolları dəyərində 293 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 3 % və 9,3 % çoxdur.

Hesabat dövründə Gürcüstana Rusiyadan 62,3 milyon ABŞ dolları dəyərində 101 min ton, Rumıniyadan 36,3 milyon ABŞ dolları dəyərində 51,22 min ton, Kiprdən 17,62 milyon ABŞ dolları dəyərində 24 min ton, Türkiyədən 16,6 milyon ABŞ dolları dəyərində 18 min ton, Yunanıstandan 16 milyon ABŞ dolları dəyərində 20,82 min ton neft və neft yağları gətirilib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,36 milyard ABŞ dolları dəyərində 1,81 milyon ton neft və neft yağları alıb ki, bunun da 118 milyon ABŞ dolları dəyərində 172 min tonu Azərbaycanın payına düşüb.

 

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Tural Abbaslı: “Sosial müdafiə qanunları insanlara yardım prinsipi əsasında yenilənməlidir”
Next: Azərbaycan Gürcüstandan avtomobil idxalını 53 % azaldıb

OXŞAR MÖVZULAR

iwn8T8nCcdwebArzAYdtdtuZtnol2DTKf8e34KtZ_1200

Azərbaycan Gürcüstandan avtomobil idxalını 53 % azaldıb

admin 19 Mart 2026
imhOOu1l5LmGSbbHSq8of8JfHLKibm19ipuJIAPF_1200

Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 6 %-dən çox artırıb

admin 19 Mart 2026
243449b2-df22-3236-8775-d35627315aad_1200

Gürcüstanın Azərbaycandan mal idxalı 2 %-ə yaxın artıb

admin 19 Mart 2026

XƏBƏR LENTİ

Takaiçi: Yaxın Şərqdəki vəziyyətə görə dünya iqtisadiyyatına ciddi ziyan dəyəcək rO3W4boYUYr5oKKA3djWsuyQJbrEzei8gM2LGc9e_1200

Takaiçi: Yaxın Şərqdəki vəziyyətə görə dünya iqtisadiyyatına ciddi ziyan dəyəcək

19 Mart 2026
SEPAH: ABŞ-nin bazalarına raket zərbələri endirilib d7cec6bd-2663-326b-b990-d579eba5fbca_1200

SEPAH: ABŞ-nin bazalarına raket zərbələri endirilib

19 Mart 2026
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200

Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb

19 Mart 2026
Tramp: Netanyahu İranın enerji obyektlərinə zərbə endirməməyə razılaşıb 7XG5IZLS556XghjZMgenKo6m2xqrEDvZ3WJ5IYpv_1200

Tramp: Netanyahu İranın enerji obyektlərinə zərbə endirməməyə razılaşıb

19 Mart 2026
Bayram tətilindən sonra məktəblərdə dərslərin başlanma tarixi açıqlanıb qoHRqlADBFIn8gKgNg0fksvwgU6MqvLHMVm4lLVh_1200

Bayram tətilindən sonra məktəblərdə dərslərin başlanma tarixi açıqlanıb

19 Mart 2026
Hacıqabulda avtomobil aşıb, üç nəfər xəsarət alıb Ii8mE3wz3svbBNKrv0HFblPIsNuyPt2RyCHY6J6R_1200

Hacıqabulda avtomobil aşıb, üç nəfər xəsarət alıb

19 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.