Skip to content
19 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 19
  • Dünya iqtisadiyyatının “boğazı” sıxılır: Avropanı dəhşətli apokalipsis gözləyir

Dünya iqtisadiyyatının “boğazı” sıxılır: Avropanı dəhşətli apokalipsis gözləyir

admin 19 Mart 2026 7 minutes read
656eb14306128960a2b50e1f112e4ae2
PAYLAŞIN:

ABŞ-ın NATO üzrə müttəfiqlərindən real dəstək almağa nail ola bilməməsi Ağ Evin strateji prioritetlərinin dəyişməsini də stimullaşdırır, prezident Donald Tramp isə “heç kimin köməyinə ehtiyacımız yoxdur” mesajı verir… Yəni, Ağ Ev ənənəvi müttəfiqlik modelindən artıq uzaqlaşmaq qərarı vermək üzrədir, bu, kollektiv Qərbin ənənəvi təhlükəsizlik mexanizmlərini zəiflədir və ABŞ-ın qlobal liderliyinə olan etimadı ciddi şəkildə azaldır…

Yaxın Şərqdə hərbi-siyasi eskalasiyanın növbəti dalğası artıq yalnız regional təhlükəsizlik məsələsi olmaqdan uzaqlaşmağa başlayıb. Belə ki, Hörmüz boğazı ətrafında yaranmış böhran qlobal iqtisadiyyat, enerji təhlükəsizliyi və kollektiv Qərb daxilində siyasi koordinasiya üçün ciddi sınağa çevrilib. Xüsusilə də ABŞ və Avropa Birliyi arasında yaranan fikir ayrılığı bu prosesi yeni geopolitik mərhələyə daşıyır.

Onu da qeyd etmək lazımdır ki, prezident Donald Tramp ABŞ-ın NATO üzrə müttəfiqlərini Hörmüz boğazında hərbi iştirakın gücləndirilməsinə, təhlükəsiz keçidin təmin olunmasına çağırsa da, Avropa paytaxtlarından verilən reaksiyalar gözlənildiyindən fərqli oldu və Ağ Evdə ciddi məyusluq doğurdu. Xüsusilə də, Fransa və Böyük Britaniyanın prezident Emmanuel Makron və baş nazir Kir Starmer səviyyəsində biruzə verilən ehtiyatlı mövqeyi ABŞ-ın hərbi təşəbbüsünün açıq dəstək qazanmadığını göstərmiş oldu. Və bu, təsadüfi diplomatik ziddiyyət hesab olunmur, əksinə, kollektiv Qərb daxilində strateji prioritetlərin artıq fərqli xarakter daşımasının açıq təzahürü sayılır.

eec9a606-ba1f-45a2-b527-f5a8891effb3.jpg (208 KB)

Məsələ ondadır ki, bəzi Qərb ekspertlərinin qənaətinə görə, son vaxtlar baş verənlər əslində, NATO daxilində hökm sürən “səssiz böhran”dan qaynaqlanır. Belə ki, mövcud vəziyyət birmənalı şəkildə NATO daxilində uzun müddətdən bəri yığılan ziddiyyətləri artıq üzə çıxarmağa başlayıb. ABŞ üçün indi əsas məsələ qlobal güc balansına və dəniz nəqliyyat-kommunikasiya marşrutuna nəzarətdir. NATO üzvü olan Avropa dövlətləri isə əsas prioritet kimi qlobal məkanda hərbi-siyasi eskalasiya təhlükəsinin qarşısının alınmasını daha önəmli strateji hədəf hesab edirlər.

Ona görə də, Tramp administrasiyası mövcud situasiyada ABŞ-ın NATO üzrə müttəfiqlərinə yönəlik sərt tənqidlərin intensivləşdirilməsinə daha çox üstünlük verir. Bu baxımdan, NATO daxilində ümumi “etimad böhranı”nın daha da dərinləşməkdə olması qətiyyən gözlənilməz deyil. Və prezident Donald Trampın bütün bunlara paralellik təşkil edən “ABŞ hər kəsi qoruyur, ancaq buna adekvat qarşılıq görmür” tezisi artıq yalnız siyasi mesaj deyil, həm də Ağ Evin strateji narazılığının göstəricisidir.

Maraqlıdır ki, Avropa Birliyinin ABŞ-ın təklif etdiyi hərbi missiyadan imtina etməsinin arxasında müəyyən önəmli səbəblər gizlənir. Birincisi, NATO üzvü Avropa ölkələri arasında Hörmüz boğazı ilə bağlı atılması təklif olunan addımların hərbi cəhətdən effektivliyinə yönəlik ciddi şübhələr mövcuddur. Belə ki, hətta ABŞ-ın belə, Hörmüz boğazında tam təhlükəsizliyə nail ola bilmədiyi şəraitdə NATO üzvü olan Avropa ölkələrinin hərbi müdaxiləsindən real nəticələrin gözlənilməsi ciddi suallar doğurur.

93714015-f2dd-4015-b71c-a50084a13f48.jpg (193 KB)

Digər tərəfdən, Avropa dövlətlərinin ehtiyatlı mövqe tutmasında İran faktoru kifayət qədər ciddi rol oynayır. Çünki Qərbdə hesab edirlər ki, İran asimmetrik hərbi cavab mexanizmlərinə malikdir və bu, lokal silahlı insidentlərin böyük sürətlə genişmiqyaslı savaşa çevrilmə riskini ciddi şəkildə artıra bilər. Nəhayət, bu məsələdə iqtisadi reallıqların da təsiri olmamış deyil. Çünki Avropa ölkələri enerji və xammal idxalından ciddi şəkildə asılı vəziyyətdədirlər. Və Yaxın Şərq regionunda hərbi-siyasi destabilizasiya daha da dərinləşməsi dünya iqtisadiyyatına birbaşa dağıdıcı zərbələr vəd edir.

Məsələ ondadır ki, Hörmüz boğazı qlobal iqtisadiyyatın ən kritik nöqtələrindən biri hesab olunur. Bu marşrut vasitəsilə dünya bazarlarına çıxarılan neft məhsullarının təxminən 20 faizlik bir hissəsi daşınır. Bu səbəbdən də, Hörmüz boğazında yaranmış indiki vəziyyət istənilən halda, qlobal enerji bazarlarına birbaşa təsir göstərir. Üstəlik, enerji daşıyıcılarının qiymətlərində yüksəliş artıq açıq-aşkar müşahidə olunur. Və bu prosesin davam etməsi dünya iqtisadiyyatında daha geniş neqativ dalğalanmalara da səbəb ola bilər.

Onu da nəzərə almaq lazımdır ki, qlobal enerji böhranından ərzaq böhranına aparan yol o qədər də uzaq deyil. Yəni, mövcud vəziyyətin ən təhlükəli istiqaməti məhz yaranacaq enerji böhranının doğura biləcəyi dolayı təsirlərlə birbaşa bağlıdır. Bu zəncirvari təsir prosesi isə xüsusilə də Avropa və Asiya ölkələrində sosial-iqtisadi sabitliyi təhdid edə biləcək faktordur. Və bu baxımdan, enerji böhranı tədricən qlobal ərzaq böhranına transformasiya oluna biləcək olduqca təhlükəli amildir.

68fbc5d0-b47f-4781-9802-8a1f7b88e5cc.jpg (340 KB)

Maraqlıdır ki, bütün bu baş verənlərə parallel olaraq, ABŞ-ın NATO üzrə müttəfiqlərindən real dəstək almağa nail ola bilməməsi Ağ Evin strateji prioritetlərinin dəyişməsini də stimullaşdırır. Belə ki, prezident Donald Tramp tərəfindən səsləndirilən “ABŞ-ın heç kimin köməyinə ehtiyacı yoxdur” mesajı Ağ Evin ənənəvi müttəfiqlik modelindən artıq uzaqlaşmaq qərarı vermək üzrə olduğunu göstərir. Bu, bir tərəfdən, kollektiv Qərbin ənənəvi təhlükəsizlik mexanizmlərini zəiflədir və ABŞ-ın qlobal liderliyinə olan etimadı azaldır. Digər tərəfdənsə, beynəlxalq sistemdə yeni güc mərkəzlərinin formalaşması üçün əlavə imkanlar yaradır.

Təbii ki, Hörmüz boğazı ətrafında yaranmış böhranlı situasiya həm də gələcək beynəlxalq düzənin hansı prinsiplər üzərində qurulacağı ilə bağlı sualları da gündəmə gətirir. Çünki kollektiv Qərb daxilində strateji parçalanma dərinləşir, ABŞ-ın qlobal liderlik modeli transformasiyaya uğrayır və regional güclərin rolu isə tədricən artır. Bu baxımdan, hazırda qlobal məkanda yeni dünya nizamının ilkin konturlarının müəyyən olunduğu olduqca taleyüklü bir mərhələ yaşanmaqdadır.

Elçin XALİDBƏYLİ
Siyasi ekspert

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Psixoloq Ülviyyə Murtuzova: “Uşaqlara zorakılıq edən şəxslərin psixoloji problemləri olur”
Next: Tural Abbaslı: “Sosial müdafiə qanunları insanlara yardım prinsipi əsasında yenilənməlidir”

OXŞAR MÖVZULAR

IMG-20260319-WA0001

Tural Abbaslı: “Sosial müdafiə qanunları insanlara yardım prinsipi əsasında yenilənməlidir”

admin 19 Mart 2026
IMG-20260319-WA0004

Psixoloq Ülviyyə Murtuzova: “Uşaqlara zorakılıq edən şəxslərin psixoloji problemləri olur”

admin 19 Mart 2026
WhatsApp Image 2026-03-19 at 18.10.45

“Qayıdışın yeni mərhələsi: azad olunmuş ərazilərdə sabitlik və təhlükəsizlik tam təmin olunur”

admin 19 Mart 2026

XƏBƏR LENTİ

Takaiçi: Yaxın Şərqdəki vəziyyətə görə dünya iqtisadiyyatına ciddi ziyan dəyəcək rO3W4boYUYr5oKKA3djWsuyQJbrEzei8gM2LGc9e_1200

Takaiçi: Yaxın Şərqdəki vəziyyətə görə dünya iqtisadiyyatına ciddi ziyan dəyəcək

19 Mart 2026
SEPAH: ABŞ-nin bazalarına raket zərbələri endirilib d7cec6bd-2663-326b-b990-d579eba5fbca_1200

SEPAH: ABŞ-nin bazalarına raket zərbələri endirilib

19 Mart 2026
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200

Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb

19 Mart 2026
Tramp: Netanyahu İranın enerji obyektlərinə zərbə endirməməyə razılaşıb 7XG5IZLS556XghjZMgenKo6m2xqrEDvZ3WJ5IYpv_1200

Tramp: Netanyahu İranın enerji obyektlərinə zərbə endirməməyə razılaşıb

19 Mart 2026
Bayram tətilindən sonra məktəblərdə dərslərin başlanma tarixi açıqlanıb qoHRqlADBFIn8gKgNg0fksvwgU6MqvLHMVm4lLVh_1200

Bayram tətilindən sonra məktəblərdə dərslərin başlanma tarixi açıqlanıb

19 Mart 2026
Hacıqabulda avtomobil aşıb, üç nəfər xəsarət alıb Ii8mE3wz3svbBNKrv0HFblPIsNuyPt2RyCHY6J6R_1200

Hacıqabulda avtomobil aşıb, üç nəfər xəsarət alıb

19 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.