Skip to content
19 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 19
  • Ceyhun Bayramov: Bakı İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyir

Ceyhun Bayramov: Bakı İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyir

admin 19 Mart 2026 3 minutes read
1766753232
PAYLAŞIN:

Azərbaycan İranın Naxçıvana pilotsuz uçuş aparatı (PUA) zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılması barədə verdiyi təminatları yerinə yetirəcəyinə və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlər görəcəyinə ümid edir.

Paraqraf.com Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bunu nazir Ceyhun Bayramov Ər-Riyadda (Səudiyyə Ərəbistanı) XİN başçılarının məsləhət görüşündə bəyan edib.

C.Bayramov görüş iştirakçılarına xatırladıb ki, martın 5-də İran ərazisindən uçan PUA-lar Azərbaycanın Naxçıvan Muxtar Respublikasının infrastrukturuna zərbələr endirib. Nəticədə dörd mülki şəxs xəsarət alıb və Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla kritik infrastruktura əhəmiyyətli ziyan dəyib.

Nazir vurğulayıb ki, Azərbaycan hadisəyə operativ və qətiyyətli reaksiya verib, öz suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini bütün qanuni vasitələrlə qorumağa sadiqliyini təsdiqləyib.

“Azərbaycan İran tərəfinin hadisənin hərtərəfli araşdırılmasına dair verdiyi zəmanətləri yerinə yetirəcəyini və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlərin görüləcəyini gözləyir”, – o əlavə edib.

Xatırladaq ki, martın 5-də İran ərazisindən buraxılmış pilotsuz uçuş aparatları Naxçıvan ərazisindəki obyektlərə zərbə endirib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına edilən hücum nəticəsində dörd mülki şəxs yaralanıb. Azərbaycan Prezidenti İlham Əliyev İran tərəfinin hərəkətlərini çirkin terror aktı adlandırıb. Prezident bəyan edib ki, İranın rəsmi şəxsləri izahat verməli, Azərbaycan tərəfindən üzr istəməli, bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər.

 

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan və Pakistan XİN başçıları regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar
Next: Vüqar Süleymanov Çində minatəmizləmə avadanlıqları üzrə ixtisaslaşmış şirkətlərlə görüşüb

OXŞAR MÖVZULAR

89140cd4-ca26-3434-a708-2daa1881b3a5_1200

Vüqar Süleymanov Çində minatəmizləmə avadanlıqları üzrə ixtisaslaşmış şirkətlərlə görüşüb

admin 19 Mart 2026
UHFADI92qgrKTupwmCsJu57u6WhZiyDrOSZlldxa_1200

Azərbaycan və Pakistan XİN başçıları regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar

admin 19 Mart 2026
l9WogfC1mVVhNl4VimOLxLbHmspH24lf4DCBlp1B_1200

Ceyhun Bayramovla Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər

admin 19 Mart 2026

XƏBƏR LENTİ

ANAMA: Azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina riski davam edir f4i8COB578gWpf26FDmYvaa1fhfou8rtdqhuelEr_1200

ANAMA: Azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina riski davam edir

19 Mart 2026
Vüqar Süleymanov Çində minatəmizləmə avadanlıqları üzrə ixtisaslaşmış şirkətlərlə görüşüb 89140cd4-ca26-3434-a708-2daa1881b3a5_1200

Vüqar Süleymanov Çində minatəmizləmə avadanlıqları üzrə ixtisaslaşmış şirkətlərlə görüşüb

19 Mart 2026
Ceyhun Bayramov: Bakı İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyir 1766753232

Ceyhun Bayramov: Bakı İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyir

19 Mart 2026
Azərbaycan və Pakistan XİN başçıları regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar UHFADI92qgrKTupwmCsJu57u6WhZiyDrOSZlldxa_1200

Azərbaycan və Pakistan XİN başçıları regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar

19 Mart 2026
Ceyhun Bayramovla Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər l9WogfC1mVVhNl4VimOLxLbHmspH24lf4DCBlp1B_1200

Ceyhun Bayramovla Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər

19 Mart 2026
Azərbaycan daxil, 12 ölkənin rəsmiləri Ər-Riyadda regiondakı gərginliyi müzakirə edib XfjourmRhKlD1TVyLBds9HI4eg7G8nAyHBm0SmhM_1200 (1)

Azərbaycan daxil, 12 ölkənin rəsmiləri Ər-Riyadda regiondakı gərginliyi müzakirə edib

19 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.