Skip to content
19 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 19
  • ABŞ kəşfiyyatı: Bakı və İrəvan arasında sülh prosesi Qafqazda sabitliyi artırıb

ABŞ kəşfiyyatı: Bakı və İrəvan arasında sülh prosesi Qafqazda sabitliyi artırıb

admin 19 Mart 2026 2 minutes read
7de5ce7f-12c4-3fc3-afa8-973d49d3dcb4_1200
PAYLAŞIN:

Azərbaycanla Ermənistan arasında sülh prosesi regional sabitliyin artmasına kömək edib.

Paraqraf.com xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Direktoru İdarəsinin (DNI) 2026-cı il üçün “Təhdidlərin illik qiymətləndirilməsi” adlı hesabatında deyilir.

Sənəddə qeyd olunur ki, ABŞ-nin Ermənistanla Azərbaycan arasındakı münaqişə kimi regional münaqişələrin həllində iştirakının davam etməsi onun regiona çıxışını yaxşılaşdıra, strateji investisiyalara və kommersiya imkanlarına töhfə verə bilər.

“ABŞ-nin dəstəyi ilə 2025-ci il avqustun 8-də Ermənistan və Azərbaycan arasında keçirilən Sülh sammiti regionda sabitliyin artırılmasına kömək etdi. Sammitin nəticələrinə sülh sazişinin şərtləri ilə bağlı ilkin razılaşma və ABŞ tərəfindən idarə olunan, Azərbaycanı onun eksklavı olan Naxçıvanla birləşdirəcək, hər iki ölkə və region üçün ticarət axınlarını açacaq “Tramp Marşrutu”nun (TRIPP) yaradılması planları daxildir”, – sənəddə deyilir.

Qeyd olunur ki, “8 avqustdan etibarən hər iki tərəf Sülh sammitində əldə edilmiş impulsu qorumağa hazır görünür”. Vurğulanır ki, “iki ölkə arasındakı sərhəddə atəşkəs rejiminin pozulması halları yox dərəcəsindədir”.

“2025-ci ilin oktyabrında Prezident İlham Əliyev Bakının Azərbaycan vasitəsilə Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdığını elan edib. O vaxtdan bəri Azərbaycan Ermənistana buğda daşınmasına icazə verdi və özü benzin tədarük edir”, – hesabatda vurğulanır.

Bununla yanaşı, DNI hesab edir ki, sülh sazişinin imzalanması üçün maneələr qalmaqdadır: “Prezident Əliyev Ermənistanın öz konstitusiyasını dəyişdirərək Qarabağa dair istinadın çıxarılmasını tələb edir, bu isə Ermənistanda nəticəsinə zəmanət verilməyən konstitusiya referendumunun keçirilməsini tələb edəcək”.

 

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 6 %-dən çox artırıb
Next: Qaradağda yol verdikləri nöqsanlara görə 4 məmura xəbərdarlıq edilib

OXŞAR MÖVZULAR

89140cd4-ca26-3434-a708-2daa1881b3a5_1200

Vüqar Süleymanov Çində minatəmizləmə avadanlıqları üzrə ixtisaslaşmış şirkətlərlə görüşüb

admin 19 Mart 2026
1766753232

Ceyhun Bayramov: Bakı İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyir

admin 19 Mart 2026
UHFADI92qgrKTupwmCsJu57u6WhZiyDrOSZlldxa_1200

Azərbaycan və Pakistan XİN başçıları regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar

admin 19 Mart 2026

XƏBƏR LENTİ

ANAMA: Azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina riski davam edir f4i8COB578gWpf26FDmYvaa1fhfou8rtdqhuelEr_1200

ANAMA: Azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina riski davam edir

19 Mart 2026
Vüqar Süleymanov Çində minatəmizləmə avadanlıqları üzrə ixtisaslaşmış şirkətlərlə görüşüb 89140cd4-ca26-3434-a708-2daa1881b3a5_1200

Vüqar Süleymanov Çində minatəmizləmə avadanlıqları üzrə ixtisaslaşmış şirkətlərlə görüşüb

19 Mart 2026
Ceyhun Bayramov: Bakı İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyir 1766753232

Ceyhun Bayramov: Bakı İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyir

19 Mart 2026
Azərbaycan və Pakistan XİN başçıları regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar UHFADI92qgrKTupwmCsJu57u6WhZiyDrOSZlldxa_1200

Azərbaycan və Pakistan XİN başçıları regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar

19 Mart 2026
Ceyhun Bayramovla Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər l9WogfC1mVVhNl4VimOLxLbHmspH24lf4DCBlp1B_1200

Ceyhun Bayramovla Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər

19 Mart 2026
Azərbaycan daxil, 12 ölkənin rəsmiləri Ər-Riyadda regiondakı gərginliyi müzakirə edib XfjourmRhKlD1TVyLBds9HI4eg7G8nAyHBm0SmhM_1200 (1)

Azərbaycan daxil, 12 ölkənin rəsmiləri Ər-Riyadda regiondakı gərginliyi müzakirə edib

19 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.