Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Ramazan ayı münasibətilə şəhid ailələrinin iştirakı ilə iftar süfrəsi təşkil olundu – FOTOLAR
CƏMİYYƏTMANŞET

Ramazan ayı münasibətilə şəhid ailələrinin iştirakı ilə iftar süfrəsi təşkil olundu – FOTOLAR

16 Mart 2026 2 Min Read
PAYLAŞIN:

Martın 14-də Ramazan ayı münasibətilə “Yağmur Ailəvi Restoranı”nda şəhid ailələrinin iştirakı ilə iftar süfrəsi təşkil olunub. Tədbir Ramazan ayının mənəvi dəyərlərini bölüşmək, həmrəylik və xeyriyyəçilik ənənələrini təşviq etmək məqsədi daşıyıb.

İftar süfrəsi “Paraqraf.com” xəbər portalının təsisçisi Türkan Səfərova, Şüküfə Səfərova və “Həmvətənlərə Dəstək İctimai Birliyi”nin sədr müavini Simarə Süleymanovanın təşəbbüsü ilə təşkil edilib.

Tədbirin aparıcılığını Vüqar Təmkin edib. İftar süfrəsi zamanı şəhid ailələrinə xüsusi diqqət göstərilib, onlara müxtəlif hədiyyələr təqdim olunub. Hədiyyələr “Şuşa 44” şirkətinin rəhbəri, əslən Qərbi Azərbaycandan olan İlqar Əhmədov tərəfindən göndərilib. Qeyd olunub ki, İlqar Əhmədov Rusiyada şəhidlərin xatirəsinə həsr olunan filmlərin çəkilişində də iştirak edib və bu mövzuda bir sıra layihələrə imza atıb.

Bundan əlavə, “Miray Parfum”un rəhbəri İsmayılov Elməddin Şakir oğlu da şəhid ailələrinə hədiyyələr göndərərək tədbirə dəstək göstərib.

Tədbirdə həmçinin millət vəkili Ceyhun Məmmədovun nümayəndələri iştirak edərək çıxış ediblər. Çıxışlarda Ramazan ayının mərhəmət, paylaşma və birlik rəmzi olduğu vurğulanıb, şəhid ailələrinə göstərilən diqqət və qayğının cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığı qeyd edilib.

Gecədə müğənnilər Günəş və Fərman Qəmbərov tərəfindən xalq musiqiləri ifa olunub və proqram iştirakçılar üçün xüsusi rəng qatıb.

Səmimi atmosferdə keçən iftar proqramı iştirakçılar arasında birlik və həmrəylik ruhunun daha da möhkəmlənməsinə töhfə verib.

Paraqraf.com

 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Deputat: “Uşaqpulu doğum sayına təsir edə bilər, amma əsas səbəb bu deyil”

Next

“Diplom var, iş yoxdur?” – Ekspert əmək bazarındakı reallığı açıqladı

Copyright 2026— Praqraf.com. All rights reserved