Rabitəbank və Matrix Academy-nin birgə əməkdaşlığı ilə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “SHE Codes AI” layihəsinə qeydiyyatın açıq olduğu elan edilir.
Layihə çərçivəsində Foundation proqramlaşdırma bilikləri və süni intellekt (Generative AI) istiqamətində təhsil almaq istəyən xanımlar üçün xüsusi imkan yaradılıb. Proqram çərçivəsində bu sahəyə yeni başlayan 100 qadın iştirakçıya 60 faiz güzəştli təhsil imkanı təqdim olunacaq.
“SHE Codes AI” təşəbbüsü texnologiya sahəsində qadınların iştirakını artırmaq, onların rəqəmsal bacarıqlarını inkişaf etdirmək və süni intellekt kimi sürətlə inkişaf edən sahələrdə yeni karyera imkanları yaratmaq məqsədi daşıyır. Layihə iştirakçılara proqramlaşdırmanın əsasları və generativ süni intellekt texnologiyaları üzrə ilkin bilik və bacarıqların formalaşdırılmasını hədəfləyir.
Layihədə iştirak etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/AGLyuxikuchYVioFA
Qeydiyyat üçün son tarix 15 aprel tarixidir.
“SHE Codes AI” layihəsi texnologiyada daha çox qadının yer almasını təşviq edən təşəbbüslərdən biri kimi onların bu sahədə inkişafına və yeni imkanlar qazanmasına dəstək olmağı hədəfləyir
![]()
