Bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 10,1 milyard manatlıq, o cümlədən 5,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Paraqraf.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 %, qeyri-ərzaq malları üzrə 6,5 % artıb.
2 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,4 %-i ərzaq məhsullarının, 5 %-i içkilər və tütün məmulatlarının, 14,6 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 %-i avtomobil benzini və dizel yanacağının, 4,6 %-i elektrik malları və mebellərin, 2,9 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 491,5 manatlıq, o cümlədən 267,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 224,4 manatlıq qeyri-ərzaq malları alıb.
Paraqraf.com
![]()
