Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib.
Paraqraf.com-un əldə etdiyi məlumata görə, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.
Dəyişikliyə əsasən, “Trikafta”, “Kalideko” , “Orencia” , “Livmarli” adlı dərman vasitələri həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer alan dərmanların sayı 131-ə çatıb.
Paraqraf.com
![]()
Visited 2 times, 2 visit(s) today
