Skip to content
15 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 15
  • Dövlət qulluğuna aid vəzifələr üzrə imtahan keçirilir

Dövlət qulluğuna aid vəzifələr üzrə imtahan keçirilir

admin 15 Mart 2026 2 minutes read
2cfc9ae5-ffd1-3f57-a483-fd922f0f0e87_1200
PAYLAŞIN:

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirir.

Paraqraf.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

“İmtahan saat 10:00 və 16:00 olmaqla iki növbədə kompüterlər vasitəsilə 3 saat müddətində aparılır”,- məlumatda bildirilib və əlavə edilib ki, namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına da yerləşdiriləcək.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün martın 16-dan aprelin 7-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

– – ali təhsil haqqında sənədin surəti;

– – əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 16, 17 və 18 mart tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299.

 

Paraqraf.com 

Loading

Visited 3 times, 3 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Bu gün buraxılış imtahanı keçirilib, dörd nəfərdə mobil telefon aşkarlanıb
Next: Lənkəranda yaşayış evlərini talayan şəxs saxlanılıb

OXŞAR MÖVZULAR

T6QQFlryTAJfksm04Pbid3BjFrjN5AOFsUYQCvTe_1200

Bu gün buraxılış imtahanı keçirilib, dörd nəfərdə mobil telefon aşkarlanıb

admin 15 Mart 2026
uTSK8ulvfWAFITnx9vw13MxV9xbY0gIARoNtGJzB_1200 (1)

Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək

admin 12 Mart 2026
WhatsApp Image 2026-03-11 at 22.38.48

Etibar Əliyev: “Bir çox məktəb direktorları nə öz fənnini bilir, nə də məktəbi idarə etməyi”

admin 12 Mart 2026

XƏBƏR LENTİ

Tramp ABŞ-nin İranla sazişin şərtlərindən məmnun olmadığını bildirib FrPNSX0nAxWFqGSXHTASo9N9jA73U2gA5EhT6VDl_1200

Tramp ABŞ-nin İranla sazişin şərtlərindən məmnun olmadığını bildirib

15 Mart 2026
Tramp ABŞ-də yanacağın qiymətinin artmasından narahat deyil io5i7uiIRdPq8uIimBFyKhYZPN76UH1KRoqmwX0w_1200

Tramp ABŞ-də yanacağın qiymətinin artmasından narahat deyil

15 Mart 2026
Kerolayn Livitt: ABŞ əməliyyatın başlanğıcından bəri İranın 65-dən çox gəmisini batırıb 6e9KK2uU5xyqIspVDvSkfrX4cZROSMKmzaWMmzH6_1200

Kerolayn Livitt: ABŞ əməliyyatın başlanğıcından bəri İranın 65-dən çox gəmisini batırıb

15 Mart 2026
Tokioda yakudza üzvləri 2,7 milyon dollarlıq soyğunçuluq işi üzrə saxlanılıb wzx7asqT3eLuQ5mbUiAmPkYX2VNWGtimQcGRSwtS_1200

Tokioda yakudza üzvləri 2,7 milyon dollarlıq soyğunçuluq işi üzrə saxlanılıb

15 Mart 2026
Kobayaşi: Hörmüz boğazı ərazisinə gəmilərin göndərilməsində maneələr var voTwehWj9BM4G0Su6SDUMHbjckQM8xhKXKepZeNF_1200

Kobayaşi: Hörmüz boğazı ərazisinə gəmilərin göndərilməsində maneələr var

15 Mart 2026
İran “Gerçək vəd 4” əməliyyatının 53-cü dalğasını həyata keçirib 6fYG4XozfhbUm15jCQvZiSfb0AE8YvzWUMQXQk2l_1200

İran “Gerçək vəd 4” əməliyyatının 53-cü dalğasını həyata keçirib

15 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.