Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 316,573 milyon ABŞ dolları dəyərində mal idxal edib.
Paraqraf.com Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 % çoxdur.
İki ayda Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 0,9 %-ni təşkil edib.
Türkiyədən ən çox mal idxalını Almaniya 3 milyard 248,521 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 6,1 % çox), Böyük Britaniya 2 milyard 244,15 milyon ABŞ dolları (8,3 % çox) və ABŞ 2 milyard 021,156 milyon ABŞ dolları (0,8 % çox) dəyərində həyata keçirib.
Təkcə fevralda isə Türkiyə Azərbaycana 174,958 milyon ABŞ dolları dəyərində mal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 15,4 % çoxdur.
Yanvar-fevral aylarında Türkiyənin mal ixracının ümumi dəyəri illik müqayisədə 0,8 % azalaraq 36,157 milyard ABŞ dollarına, fevral ayında isə 2,9 % artaraq 18,556 milyard ABŞ dollarına çatıb.
Paraqraf.com
![]()
