Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Tərtərdə doğuşdan sonra qadının ölümünün ilkin səbəbləri açıqlanıb
HADİSƏ

Tərtərdə doğuşdan sonra qadının ölümünün ilkin səbəbləri açıqlanıb

13 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Tərtərdə qadın doğuş zamanı ölüb.

Paraqraf.com xəbər verir ki, martın 12-də saat 23 radələrində Hacıqərvənd kənd sakini 2007-ci il təvəllüdlü Röya Zahid qızı Allahverdiyeva Rayon Mərkəzi Xəstəxanasında doğuş edərkən ölüb.

Tərtər rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 2007-ci il təvəllüdlü pasiyent martın 12-də saat 17:00 radələrində xəstəxananın doğum şöbəsinə 39–40 həftəlik hamiləlik, baş gəlişi, doğuşun I dövrü diaqnozu ilə daxil olub.

Aparılan tibbi müşahidə və nəzarət fonunda saat 18:30 radələrində fizioloji doğuş baş verib.

Doğuşdan sonrakı dövrdə zahı qadının ümumi vəziyyətində kəskin pisləşmə qeydə alınıb. Pasiyentə dərhal mövcud klinik vəziyyətə uyğun olaraq reanimasiya və intensiv terapiya tədbirləri həyata keçirilib.

Görülən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, saat 21:50 radələrində onun bioloji faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinə təhvil verilib.

Hadisənin səbəblərinin dəqiqləşdirilməsi məqsədilə müvafiq araşdırma aparılır.

Ölümün bilavasitə səbəbinin dəqiq müəyyənləşdirilməsi patoloji-anatomik müayinə (təşrih) nəticəsində məlum olacaq.

Qeyd edək ki, yenidoğulmuşun vəziyyəti qənəatbəxş olaraq qiymətləndirilir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qərbi Azərbaycan İcması avropalı parlamentarilərin ittihamlarını qınayıb

Next

Ceyhun Bayramov BMT-nin Cenevrədəki Ofisinin baş direktoru ilə görüşüb

Copyright 2026— Praqraf.com. All rights reserved