Skip to content
14 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 13
  • ANAMA nümayəndə heyəti Çində bir sıra şirkətlərdə görüşlər keçirib

ANAMA nümayəndə heyəti Çində bir sıra şirkətlərdə görüşlər keçirib

admin 13 Mart 2026 3 minutes read
OZr5J9TYACA5E7ElYI5Vt6Z1qIvfCNOOWKGpwEM4_1200
PAYLAŞIN:

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfər çərçivəsində həmin ölkənin minatəmizləmə avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmış bir sıra şirkətlərində görüşlər keçirib.

Paraqraf.com xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Təhlükəsizlik və yoxlama texnologiyaları sahəsində fəaliyyət göstərən “Nuctech” şirkətində keçirilən görüşdə ölkəmizin üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyət, istifadə edilən metodologiyalar barədə ANAMA tərəfindən geniş təqdimat edilib.

Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov minatəmizləmə sahəsinin ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığın önəmli hissəsi hesab edildiyini və səfərin iki ölkə rəhbərləri arasında imzalanmış Birgə Bəyanat və ANAMA ilə Çin Xarici İşlər Nazirliyi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumunun nəticəsi olduğunu bildirib.

Görüş zamanı şirkətin Asiya və MDB ölkələri üzrə direktor müavini Lu Xinping şirkətin fəaliyyəti və mövcud texnoloji imkanları barədə ətraflı məlumat verib.

Görüşdə partlayıcı sursatların aşkarlanmasında istifadə olunan rentgen cihazının sınaqdan keçirilməsi, habelə texniki xüsusiyyətlərinin təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Avadanlıqların Agentliyin fəaliyyətinə uyğunluğu, əməliyyatlarda istifadəsi imkanları nəzərdən keçirilib.

Nümayəndə heyəti şirkətin istehsal prosesi ilə tanış olub, müxtəlif təyinatlı rentgen sistemləri və digər müasir texnoloji avadanlıqlar nümayiş edilib.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Pekin Heweiyongtai Sci & Tech şirkətində görüş keçirib. Görüş zamanı şirkətin istehsal etdiyi xüsusi texniki vasitələr və innovativ həllər barədə təqdimat olunub, humanitar minatəmizləmə fəaliyyətində istifadə oluna biləcək texnologiyalar və əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.

Görüşlərdə tərəflər qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin və müasir texnologiyaların tətbiqinin humanitar minatəmizləmə sahəsində fəaliyyətin daha da səmərəli təşkilinə töhfə verəcəyini vurğulayıblar.

 

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Əli Əsədov türkiyəli nazirlə iqlim dəyişikliklərini müzakirə edib
Next: Binəqədidə təkər və məişət tullantıları yığılmış ərazi yanır

OXŞAR MÖVZULAR

N5tdt1eKXPKqPqFOPkHCx4Aolzckap0mHdllSVYp_1200

Prezidentin köməkçisi Çinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi ilə görüşüb

admin 14 Mart 2026
DaCjFjh8OrpoijqXIE188QyUf5kBZfgqU4HKO9Ad_1200

Azərbaycanla Dominikan arasında parlament əlaqələri müzakirə olunub

admin 14 Mart 2026
X997peCGdlRX37G83CNhhTcNgFOjmwG7p9R9Eyhu_1200

XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir

admin 14 Mart 2026

XƏBƏR LENTİ

Ekspert: “Rəsmi statistika işsizliyin real miqyasını gizlədir” WhatsApp Image 2026-03-14 at 16.20.58

Ekspert: “Rəsmi statistika işsizliyin real miqyasını gizlədir”

14 Mart 2026
Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci artırıb O5ghvaqpX5Hg1igtCGozBNNyZZ9xBfm6W96ZqXFZ_1200

Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci artırıb

14 Mart 2026
4 yaşlı uşaq su quyusuna düşüb öldü lAXsoXiUqu7ad6RA70E8bloCPwEi3gt3C3UeFaZW

4 yaşlı uşaq su quyusuna düşüb öldü

14 Mart 2026
Bakıda ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanıldı 3ce7fe36-7d87-383a-bc5a-505590abc6cb_1200

Bakıda ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanıldı

14 Mart 2026
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ da8c8344-c930-4c4f-a559-cd318474ad7c_1200

Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

14 Mart 2026
İşlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb acd4041d-fce7-3614-a47e-76e676c878fb_1200

İşlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb

14 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.