Skip to content
30 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 12
  • Tedros Qebreyesus: Dünya eyni səhvləri təkrarlayaraq böhrandan böhrana keçir

Tedros Qebreyesus: Dünya eyni səhvləri təkrarlayaraq böhrandan böhrana keçir

admin 12 Mart 2026 2 minutes read
irukW418y4AfM4h34TPiRjDJFnMYm1J983XJWfhN_1200
PAYLAŞIN:

Mümkün virus təhlükələrindən qorunmaya ayrılan qlobal xərclər müdafiə sektoruna çəkilən xərclərdən xeyli azdır.

Paraqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus XIII Qlobal Bakı Forumunun açılışında bəyan edib.

Onun sözlərinə görə, bir böhrandan digərinə keçən dünya bundan heç bir nəticə çıxarmayaraq özünü dəfələrlə əvvəlki səhvləri təkrarlamağa məhkum edir.

“Pandemiyalar milyonlarla insanın həyatına son qoya, iqtisadiyyatları və cəmiyyətləri iflic edə bilsə də, qlobal miqyasda bir-birimizdən qorunmaq üçün xərclədiyimiz trilyonlarla müqayisədə mümkün virus təhlükələrindən qorunmaya nisbətən az vəsait xərcləyirik” – o qeyd edib.

ÜST-ün rəhbəri vurğulayıb ki, COVID-19 pandemiyası qloballaşan dünyada səhiyyənin təhlükəsizliyi birbaşa milli təhlükəsizliklə bağlı olduğunu göstərdi.

Onun sözlərinə görə, viruslar sərhəd tanımır, dezinformasiya isə diplomatiyadan daha sürətlə yayılır.

Qebreyesus əlavə edib ki, səhiyyə ölkələr arasında əməkdaşlıq üçün mühüm platforma ola bilər, çünki təhlükəsizlik, inkişaf, ədalət və etimad məsələlərinin kəsişməsində yerləşir. Onun fikrincə, hətta münaqişə şəraitində belə dövlətlər ümumi təhdidlər qarşısında birgə həll yolları axtarmaq üçün birləşməlidirlər.

 

Paraqraf.com 

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Binəli Yıldırım: Orta və Zəngəzur dəhlizləri əməkdaşlıq üçün yeni imkanlar açır
Next: Tatyana Valovaya: Beynəlxalq problemlər yalnız birgə səylərlə həll oluna bilər

OXŞAR MÖVZULAR

pYKwE3sdrWbwUEBlGDETiZLlRxrcGkQuRo4VJeBk_1200

Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini çox mühüm hadisə adlandırıb

admin 30 Aprel 2026
JLOtdkaIOAR3FdyG5dvrp9qVAut9SvGQEZg2MvXv_1200

Ceyhun Bayramov koreyalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib

admin 29 Aprel 2026
iuQedNw9wQUtKveyg1N7SHllJxYJ1hfkMazsYQOz_1200

Bakı və Maskat statistika sahəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər

admin 29 Aprel 2026

XƏBƏR LENTİ

Azərbaycan Mərkəzi Bankı BOKT-lardan birinin vəzifəli şəxsini cərimələyib hxw9id4tUS1R1gIuyIxtiLdSazVyxzRcSLefr2BT_1200

Azərbaycan Mərkəzi Bankı BOKT-lardan birinin vəzifəli şəxsini cərimələyib

30 Aprel 2026
Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək 1777531290_screenshot-2026-04-30-104054

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək

30 Aprel 2026
Azərbaycan nefti 6 dollardan çox bahalaşıb ONed4HmLGoeo0CxYiWx8ZTw7iKJb1pU3h2AkcQBb_1200

Azərbaycan nefti 6 dollardan çox bahalaşıb

30 Aprel 2026
İsrail Livanın cənubuna zərbə endirib: ölənlər və yaralananlar var 7LUycuXun1FOJvgaRkYrxBWtExnEcRoAOTgDtqqr_1200

İsrail Livanın cənubuna zərbə endirib: ölənlər və yaralananlar var

30 Aprel 2026
Mayın ilk günündə 25 dərəcə isti olacaq JiUSMxSGtYDhGkIsuwHGsKl8uQh3ceIldpxZCgeI_1200

Mayın ilk günündə 25 dərəcə isti olacaq

30 Aprel 2026
DİN qanunsuz silah-sursatın könüllü təhvil verilməsi üçün vətəndaşlara çağırış edib nS0qmO5yaSYi42oiecHwYITrjU0N0HkGWLuxuDPm_1200

DİN qanunsuz silah-sursatın könüllü təhvil verilməsi üçün vətəndaşlara çağırış edib

30 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.