Azərbaycan həmişə təhlükəsizlik məsələlərinə böyük əhəmiyyət verib, bu, bir nömrəli prioritet olaraq qalır.
Paraqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılışında bəyan edib.
“Bakıda keçirilən bir çox forumlarda dediyim kimi, işğal illərində bizim üçün əsas məsələ sülh və suverenliyimizin bərpası idi. Biz cəmi yeddi aydır sülh şəraitində yaşayırıq. Bu, bir daha göstərir ki, sülhə nail olmaq üçün güclü siyasi iradə, cəsarət, ədalətə və sülhə sadiqlik nümayiş etdirmək lazımdır”, – prezident bildirib.
Dövlət başçısı xatırladıb ki, Azərbaycan əraziləri 30 il ərzində işğal altında olmuş bir ölkədir. Bununla əlaqədar Azərbaycan sülhə və təhlükəsizliyə böyük əhəmiyyət verir.
İlham Əliyev vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında sülh əldə edilən müsbət dinamika nəzərə alınmaqla çox unikal bir haldır.
“Biz işğal olunmuş əraziləri güc yolu ilə azad etdik və siyasi vasitələrlə sülhə nail olduq. Beləliklə, qlobal səviyyədə unikal təcrübəyə sahibik”, – o əlavə edib.
Paraqraf.com
![]()
