Skip to content
12 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 12
  • Enerjidən siyasətə: “Avropa ilə Azərbaycanın münasibətləri yeni mərhələdə”

Enerjidən siyasətə: “Avropa ilə Azərbaycanın münasibətləri yeni mərhələdə”

admin 12 Mart 2026 4 minutes read
IMG-20260312-WA0006
PAYLAŞIN:

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni mərhələyə daxil olur. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costanın ölkəmizə səfəri, Prezident Ilham Aliyevlə görüşdə səslənən bəyanatlar həm ikitərəfli əlaqələrin inkişafı baxımından, həm də regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət kəsb edir.

Görüş zamanı verilən əsas mesajlardan biri Azərbaycanla European Union arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi ilə bağlı oldu. Tərəflər təhlükəsizlik, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladılar. Dövlət başçımız bir daha diqqətə çatdırdı ki, bu gün Azərbaycandan qaz alan ölkələrin ümumi sayı 16-ya çatıb. Beləliklə, rəsmi Bakının bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığı rol artır. Brüssel Azərbaycanı həm enerji təchizatçısı, həm də regionda sabitliyin təmin edilməsində mühüm tərəfdaş kimi qiymətləndirir.

Liderlərin səsləndirdiyi bəyanatlar European Unionun Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini təsdiqləyir.

Qlobal geosiyasi gərginlik Avropanın enerji və nəqliyyat marşrutlarını şaxələndirməsini şərtləndirir. Bu strategiyada Azərbaycan ən etibarlı tərəfdaş kimi çıxış edir.

Prezident Ilham Aliyevlə A. Koşta arasında keçirilən görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol xüsusi vurğulandı. Hazırda Azərbaycan qazı Avropanın bir sıra ölkələrinə ixrac olunur və bu əməkdaşlıq genişlənməkdədir. Bu xüsusda Avropa üçün etibarlı enerji tərəfdaşı olan Azərbaycanın beynəlxalq mövqeləri daha güclənir.

Görüşdə verilən mühüm mesajlardan biri də regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı idi. Prezident Ilham Aliyev müharibə yaşamış ölkələrin sülhün dəyərini daha yaxşı anladığını vurğulayaraq Cənubi Qafqazda uzunmüddətli sülhün vacibliyini qeyd etdi. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan post-münaqişə mərhələsində regional əməkdaşlığa hazırdır və bu istiqamətdə praktik addımlar atır.

Antonio Costanın səsləndirdiyi fikirlərdən isə aydın oldu ki, European Union da regionda sülh prosesinə maraq göstərir və bu prosesdə iştirak etmək niyyətindədir. Liderlər sabit, qarşılıqlı əlaqəli və inkişaf edən Cənubi Qafqaz kimi ortaq strateji məqsədi bir daha təsdiqlədilər.

A. Koştanın ölkəmizə səfəri bir daha göstərdi ki, Azərbaycan–European Union münasibətləri artıq sırf iqtisadi əməkdaşlıq çərçivəsini aşaraq geosiyasi tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. Enerji təhlükəsizliyi, regional sabitlik və nəqliyyat layihələri bu əməkdaşlığın əsas prioritetləridir. Rəsmi Bakı münasibətləri qarşılıqlı hörmət prinsipi üzərində qurub. Bakıda aparılan yüksək səviyyəli müzakirələr Azərbaycanın beynəlxalq arenada artan siyasi çəkisini və Avropa üçün strateji tərəfdaş kimi əhəmiyyətinin daha da gücləndiyini nümayiş etdirir.

Nigar Məmmədova
Millət vəkili

Loading

Visited 3 times, 3 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: UEFA Çempionlar Liqası: “Real” və PSJ qalib gəlib
Next: U-23 Avropa çempionatında Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə qoşulur

OXŞAR MÖVZULAR

IMG-20260312-WA0019

Siyasi şərhçi xəbərdarlıq edir: “Müharibə 1 ildən çox davam edə bilər”

admin 12 Mart 2026
IMG-20260312-WA0018

Əmrah Həsənli: “Onlayn təhsildə motivasiya və nəzarət problemi yaranır”

admin 12 Mart 2026
y3r5800M2hkgYz88nMGQBfv1QHDrGAQYp4cHY0QK_1200

Prezident: Beynəlxalq ictimaiyyət Ermənistanla münaqişədə Azərbaycana qarşı seçici yanaşma tətbiq edirdi

admin 12 Mart 2026

XƏBƏR LENTİ

Milli Ödəniş Sistemi vasitəsilə əməliyyatların ümumi dəyəri 11 %-ə yaxın artıb 0NpTdoYuf4s6L69uQHWumyPPNtTCzfjxI5i6mF94_1200

Milli Ödəniş Sistemi vasitəsilə əməliyyatların ümumi dəyəri 11 %-ə yaxın artıb

12 Mart 2026
Ani Ödənişlər Sistemi ilə əməliyyatların ümumi dəyəri 90 %-dən çox artıb Yl37SZdiEh7AoIwISzreOA5NoTM4gEeJgJQcwUye_1200

Ani Ödənişlər Sistemi ilə əməliyyatların ümumi dəyəri 90 %-dən çox artıb

12 Mart 2026
Hökumət Ödəniş Portalı ilə əməliyyatların ümumi dəyəri 6 %-dən çox artıb DT69Uo0WSIIa4zKTAoOQvp5ObhS3DnOQFq1rbvp0_1200

Hökumət Ödəniş Portalı ilə əməliyyatların ümumi dəyəri 6 %-dən çox artıb

12 Mart 2026
Siyasi şərhçi xəbərdarlıq edir: “Müharibə 1 ildən çox davam edə bilər” IMG-20260312-WA0019

Siyasi şərhçi xəbərdarlıq edir: “Müharibə 1 ildən çox davam edə bilər”

12 Mart 2026
Əmrah Həsənli: “Onlayn təhsildə motivasiya və nəzarət problemi yaranır” IMG-20260312-WA0018

Əmrah Həsənli: “Onlayn təhsildə motivasiya və nəzarət problemi yaranır”

12 Mart 2026
Qadın voleybolçular arasında Yüksək Liqada XVII turun son oyunları keçiriləcək pKwTUB2ypykd8olPdQH89Q6JOWTAccubZmRiMIyy_1200

Qadın voleybolçular arasında Yüksək Liqada XVII turun son oyunları keçiriləcək

12 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.