Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Əmrah Həsənli: “Onlayn təhsildə motivasiya və nəzarət problemi yaranır”
MANŞETÖZƏL

Əmrah Həsənli: “Onlayn təhsildə motivasiya və nəzarət problemi yaranır”

12 Mart 2026 2 Min Read
PAYLAŞIN:

Müasir dövrdə texnologiyanın sürətlə inkişafı təhsil sahəsinə də ciddi təsir göstərib. İnternetin və rəqəmsal platformaların geniş yayılması nəticəsində onlayn təhsil getdikcə daha çox istifadə olunan təhsil formalarından birinə çevrilib. Bu model insanlara istənilən məkandan və istənilən vaxt dərslərə qoşulmaq imkanı yaradır. Bununla belə, onlayn təhsilin bir sıra üstünlükləri ilə yanaşı müəyyən çatışmazlıqları da olduğu qeyd edilir.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “Paraqraf.com”a bildirib ki, müasir dövrdə texnologiyanın sürətli inkişafı təhsil sahəsində yeni imkanlar formalaşdırıb:

“Bu prosesin ən diqqətçəkən nəticələrindən biri onlayn təhsilin geniş yayılmasıdır. Əslində onlayn təhsil artıq sadəcə alternativ model deyil, bir çox ölkələrdə ənənəvi təhsili tamamlayan mühüm vasitəyə çevrilib. İnternet və rəqəmsal platformalar sayəsində insanlar istədikləri yerdən, bəzən isə istədikləri vaxtda dərslərə qoşula bilirlər. Bu isə xüsusilə işləyən şəxslər, ucqar bölgələrdə yaşayanlar və müxtəlif səbəblərə görə fiziki olaraq təhsil mühitində iştirak edə bilməyən insanlar üçün ciddi üstünlüklər yaradır”.

Ekspert əlavə edib ki, onlayn platformalar beynəlxalq təcrübəyə çıxışı da genişləndirir:

“Tələbə və müəllimlər dünyanın müxtəlif universitetləri və mütəxəssisləri tərəfindən hazırlanmış tədris materiallarından istifadə etmək imkanı əldə edirlər.

Bununla yanaşı, onlayn təhsilin müəyyən məhdudiyyətləri də mövcuddur. Ən əsas məsələlərdən biri canlı ünsiyyət və sosial mühit amilinin zəifləməsidir. Təhsil yalnız bilik ötürülməsi deyil, eyni zamanda sosial bacarıqların formalaşdığı bir prosesdir. Sinif mühiti, müəllimlə birbaşa ünsiyyət və kollektiv fəaliyyət kimi elementlər ənənəvi təhsil sistemində daha güclü şəkildə hiss olunur. Onlayn mühitdə isə bəzi hallarda tələbələrin diqqətinin yayınması, motivasiyanın azalması və nəzarətin çətinləşməsi kimi problemlər yarana bilər. Bundan əlavə, hər kəsin keyfiyyətli internetə və texniki avadanlıqlara bərabər çıxış imkanının olmaması da müəyyən bərabərsizliklər yarada bilir.

Bu səbəbdən gələcəyin ən optimal modeli yalnız tam onlayn və ya yalnız ənənəvi təhsil deyil, hər iki modelin balanslı şəkildə birləşdirildiyi hibrid yanaşma hesab olunur. Texnologiyanın imkanlarından istifadə etməklə təhsili daha əlçatan etmək mümkündür, lakin insan faktorunu və canlı təhsil mühitini qorumaq da vacibdir. Yəni əsas məqsəd texnologiyanı təhsilin yerinə qoymaq deyil, onu təhsilin keyfiyyətini artıran bir vasitəyə çevirmək olmalıdır”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qadın voleybolçular arasında Yüksək Liqada XVII turun son oyunları keçiriləcək

Next

Siyasi şərhçi xəbərdarlıq edir: “Müharibə 1 ildən çox davam edə bilər”

Copyright 2026— Praqraf.com. All rights reserved