Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Binəli Yıldırım: Orta və Zəngəzur dəhlizləri əməkdaşlıq üçün yeni imkanlar açır
SİYASƏT

Binəli Yıldırım: Orta və Zəngəzur dəhlizləri əməkdaşlıq üçün yeni imkanlar açır

12 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Regional əməkdaşlıqlar təkcə iqtisadi deyil, regionlar, cəmiyyətlər arasında körpü deməkdir.

Paraqraf.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, dünyanın bir çox bölgəsində parçalanma və qütbləşmənin olduğu dövrdə əlaqələri artırmaq daha əhəmiyyətlidir. Trans-Xəzər nəqliyyat dəhlizi də buna görə diqqəti cəlb edir.

“Son qlobal proseslər göstərir ki, Orta Dəhliz, Zəngəzur dəhlizi kimi alternativ əlaqələrin əhəmiyyəti danılmazdır, əməkdaşlıq üçün yeni imkanlar açır”, – B.Yıldırım vurğulayıb.

O əlavə edib ki, Rusiya və Ukrayna arasındakı müharibə nəqliyyat dəhlizlərinin istiqamətini dəyişib:

“ABŞ-nin İranla münaqişəsi də əlaqələrə təsir edir. Hazırda qlobal təchizat zənciri həssasdır. Ona görə şaxələndirilmiş və əhatələnmiş nəqliyyat dəhlizlərinin getdikcə iqtisadi əhəmiyyəti daha çox artır. Hazırda Çinlə Avropa arasında ticarət dövriyyəsi 800 milyard dollardan artıqdır. Demək olar ki, illik 1 trilyon dollara çatır. Ona görə də Orta Dəhlizin əhəmiyyəti daha da artır”.

Binəli Yıldırım bu sahədə əlaqələrin gücləndirilməsində TDT-nin rolunu xüsusi vurğulayıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tsviyanoviç Azərbaycanın regionda sülh və sabitlik kursuna dəstəyini bəyan edib

Next

Tedros Qebreyesus: Dünya eyni səhvləri təkrarlayaraq böhrandan böhrana keçir

Copyright 2026— Praqraf.com. All rights reserved