Salyanda avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Paraqraf.com-un məlumatına görə, hadisə Ələt-Astara magistralının rayonun Şörsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “KİA” markalı avtomobil anidən idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində Goranboy rayon sakini 1994-cü il təvəllüdlü Babayev Namaz Qurban oğlu hadisə yerində ölüb. 2007-ci il təvəllüdlü Orucsoy Nahid Sadiq oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım aldıqdan sonra vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
