Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII tura bu gün start veriləcək.
Paraqraf.com-un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
“DH Volley” UNEC-in, “Gəncə” isə “Milli Aviasiya Akademiyası”nın qonağı olacaq. Hər iki görüş saat 17:00-da start götürəcək.
Oyunlar müvafiq olaraq UNEC-in və “Milli Aviasiya Akademiyası”nın idman zalında təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında XVII tura martın 12-də yekun vurulacaq.
Paraqraf.com
![]()
Visited 2 times, 2 visit(s) today
