İspaniyanın “Real” klubunun futbolçusu Din Heysen İngiltərə təmsilçisi “Liverpul”un maraq dairəsinə düşüb.
Paraqraf.com “Fichajes” nəşrinə istinadən xəbər verir ki, mersisaydlılar yay transfer dönəmində gənc mərkəz müdafiəçisi üçün 70 milyon avro təklif etməyə hazırdır.
20 yaşlı ispaniyalı oyunçu cari mövsüm Madrid komandasında 28 matçda meydanda olub.
Xatırladaq ki, Heysen “Bornmut”dan 50 milyon avroya alınıb. Onun müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
