Azərbaycanda 2025-ci ildə 198 uşaqda vərəmə yoluxma halı aşkarlanıb.
Paraqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.
Onun sözlərinə görə, Azərbaycanda vərəmə yoluxmada müsbət göstərici müşahidə olunur: “Əgər 2015-ci ildə 369 uşaqda aktiv vərəm xəstəliyi aşkarlanırdısa, 2025-ci ildə bu say 198-ə düşüb. 2024-cü ildə isə bu say 278 idi”.
İ.Axundova onu da qeyd edib ki, Azərbaycanda vərəmlə xəstələnmə dinamikası hər min nəfərə görə 2015-ci ildə 41 nəfər idisə, 2025 ildə bu say 21 olub: “Artıq statistik göstəricilərdə müsbət dəyişikliklər qeyd olunur. Xəstələrin 2/3 hissəsi kişi, 1/3 hissəsi qadındır”.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
