Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edəcək.
Bu barədə Paraqraf.com-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, martın 13-də nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 10:00-dan Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonları sakinlərinin qəbulu keçiriləcək.
Qəbula gələn vətəndaşların qeydiyyatı 12 mart 2026-cı il tarixində nazirliyin şimal-qərb regional mərkəzinin binasında saat 09:00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
