ABŞ Prezidenti Donald Tramp “İranla danışa biləcəyini” bəyan edib.
Paraqraf.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində danışıb.
İranın yeni seçilmiş dini lideri Müctəba Xamenei ilə bağlı Tramp deyib:
“Mən onun sülh içində yaşaya biləcəyinə inanmıram”.
Tramp əlavə edib ki, Xamneyinin dini lider təyin olunmasından məmnun deyil.
Tramp ABŞ və İsrailin birgə həyata keçirdiyi hərbi əməliyyatın uğurunu vurğulayıb və deyib ki, belə bir erkən mərhələdə nəticələr gözləntiləri çox üstələyib.
Tramp “İranla danışmağa hazıram, onlarla danışa bilərəm” deyərək danışıqlara yaşıl işıq yandırıb.
Tramp əlavə edib ki, iranlıların danışmaq istədiklərini eşidirəm. Bu, mümkündür. Mütləq danışmaq məcburiyyətində deyilik.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
