Əgər İran Hörmüz boğazından neft axınının qarşısını almaq üçün bir şey etsə, ABŞ ona indiyə qədər etdiyi bütün zərbələrdən 20 dəfə daha güclü zərbə endirəcək.
Paraqraf.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Thuth Social” sosial şəbəkəsində yazıb.
“Bundan əlavə, biz həssas hədəfləri məhv edəcəyik və bununla da İranın bir dövlət kimi özünü yenidən qurmasını faktiki olaraq qeyri-mümkün edəcəyik. Ölüm, od və qəzəb onlara göndəriləcək. Amma ümid edirəm və dua edirəm ki, bu baş verməsin!”, – deyə Tramp yazıb.
O, bunun ABŞ-nin Çinə və Hörmüz boğazından əhəmiyyətli dərəcədə istifadə edən bütün ölkələrə hədiyyə olacağını söyləyib: “Ümid edirəm ki, bu jest təqdir olunacaq”.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
