Skip to content
10 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 10
  • Elman Cəfərli: “Su anbarlarının vurulması müharibə deyil, ekoloji cinayətdir”

Elman Cəfərli: “Su anbarlarının vurulması müharibə deyil, ekoloji cinayətdir”

admin 10 Mart 2026 5 minutes read
a6abab85-645a-4954-8941-9dd37a6ba7ac
PAYLAŞIN:

Tramp İranın duzlu suyu içməli suya çevirən zavodunu və içməli su anbarını vurduqlarını etiraf edib. Qeyd edək ki, bu, Cenevrə Konvensiyasına görə müharibə cinayəti sayılır.

Güney Azərbaycan mövzusu üzrə araşdırmaları ilə tanınan jurnalist, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Paraqraf.com”a bildirib ki, bütün müharibələr ətraf mühitə ciddi şəkildə ziyan vurur:

“Meşələr, əkin sahələri, otlaqlar məhv olur, su hövzələri zərərli maddələrlə çirkləndirilir. Ağır texnikanın hərəkəti, minaların və raketlərin partlaması torpağın əkinə yararlı üst qatını sıradan çıxarır. Müharibə və hərbi əməliyyatlar zamanı torpağın fiziki, kimyəvi və bioloji xüsusiyyətləri dəyişir. Ən pisi isə odur ki, bu mənfi təsirlər uzun illər boyu qalır. Raket və bombaların atılması torpaq mühitinə ciddi ziyan vurur. Müharibə və hərbi əməliyyatlar zamanı torpağın fiziki, kimyəvi və bioloji xüsusiyyətləri dəyişir, torpağın mexaniki dağıdılması baş verir. Bombalar və raketlər partlayanda torpaqda böyük çuxurlar əmələ gəlir. Bu isə torpağın üst münbit qatının dağılmasına, torpaq strukturunun pozulmasına və eroziyanın sürətlənməsinə gətirib çıxarır. Ağır texnikanın hərəkəti torpağı sıxlaşdırır və torpağın hava və su keçirmə qabiliyyətini azaldır. Müharibələr torpağın kimyəvi çirklənməsi ilə də nəticələnir. Belə ki, partlayıcı maddələr və hərbi sursatların tərkibində olan müxtəlif kimyəvi birləşmələr: qurğuşun, civə və s., həmçinin yanacaq və sürtkü yağları torpağa qarışaraq onu zəhərləyir və torpaq mikroorqanizmlərini məhv edir. Torpaqda yaşayan bakteriyalar, göbələklər və digər mikroorqanizmlər torpağın məhsuldarlığını təmin edir. Partlayışlar və kimyəvi çirklənmə nəticəsində faydalı mikroorqanizmlər məhv olur, torpağın bioloji aktivliyi azalır, torpaq məhsuldarlığı aşağı düşür”.

O qeyd edib ki, İsrail-ABŞ-İran müharibəsində su hövzələrinin və su anbarlarının hədəfə alınması pis haldır:

“İranda duzlu suyu içməli suya çevirən zavodun və içməli su anbarının vurulması pislənilməlidir. Su hövzələrinə zərər vurulması beynəlxalq konvensiyaların pozulması deməkdir. Su anbarlarının məhv edilməsi ciddi ekoloji fəlakətə yol aça bilər. Su anbarı daşarsa, su ətraf ərazilərə yayılır və torpağa, flora və faunaya, həmçinin insanların yaşayışı üçün zəruri olan infrastruktura ciddi ziyan dəyir. Su daşması nəticəsində torpaq eroziyası və landşaftın dəyişməsi baş verir. Güclü su axını torpağın üst qatını yuyub aparır.

Daşqın zamanı su müxtəlif tullantıları və çirkləndirici maddələri özü ilə aparır. Sənaye tullantıları, məişət tullantıları, pestisid və gübrələr çaylara və göllərə qarışaraq suyun keyfiyyətinə təsir edir. İçməli su mənbələri çirklənir. Su basan ərazilərdə bitki örtüyü məhv olur, meşələr, çəmənliklər və kənd təsərrüfatı bitkiləri ciddi şəkildə zərər görür. Uzun müddət su altında qalan bitkilər çürüyür və məhv olur, torpağın bioloji balansı pozulur. Ətraf mühitə dəyən ziyan qalıcı olur və ekosistemin bərpası uzun müddət mümkün olmur. Bu baxımdan müasir silahlarla aparılan bütün dağıdıcı müharibələr nə qədər tez bitsə, bir o qədər yaxşıdır.

Yeri gəlmişkən, İran dövləti də Yaxın Şərqdə bir sıra ekoloji fəlakətlərə yol açan addımlar atıb. Molla rejimi Urmu gölünün qurumasına göz yumur, Güney Azərbaycanın mis mədənlərini vəhşicəsinə istismar edir. Bərbad su idarəetməsi nəticəsində paytaxt Tehran başda olmaqla iri şəhərlərdə içməli su problemi yaranıb”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 8 times, 8 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Dövlət Baxçalı: Türkiyə və ya Azərbaycan hava məkanında yolunu itirmiş raket görmək istəmirik
Next: Eldəniz Cəfərov: “Bu ilin sonuna qədər paytaxtda köhnə avtobus qalmayacaq”

OXŞAR MÖVZULAR

e2592a2e-6fab-422f-93be-77de33c4f04b

Tramp müharibənin bitməsi ilə bağlı həyəcanlı bəyanat verdi

admin 10 Mart 2026
IMG-20260310-WA0008

Müşfiq Abbasov: “15 günlük həbs mənim üçün bəsirətimi açan bir sınaq oldu”

admin 10 Mart 2026
IMG-20260310-WA0006

Züriyyə Qarayeva: “İranda real hakimiyyət prezidentdə deyil”

admin 10 Mart 2026

XƏBƏR LENTİ

Tramp müharibənin bitməsi ilə bağlı həyəcanlı bəyanat verdi e2592a2e-6fab-422f-93be-77de33c4f04b

Tramp müharibənin bitməsi ilə bağlı həyəcanlı bəyanat verdi

10 Mart 2026
Fidanla Əraqçi yenidən Türkiyə hava məkanının pozulmasını müzakirə ediblər exjdN0EAqeUQXDy20xFDhV2TZZ8gu6wauBC7fDdC_1200

Fidanla Əraqçi yenidən Türkiyə hava məkanının pozulmasını müzakirə ediblər

10 Mart 2026
Peskov: Ukrayna üzrə üçtərəfli görüş gözlənilmir bf6800ff-042e-39b1-a58c-7e38ec0639de_1200

Peskov: Ukrayna üzrə üçtərəfli görüş gözlənilmir

10 Mart 2026
Rusiya Donetsk vilayətinə hava zərbəsi endirib, ölənlər və yaralananlar var SfX5lmG72uTTyr7BfaOeSfM4t2X6AkEosPuDpG4m_1200

Rusiya Donetsk vilayətinə hava zərbəsi endirib, ölənlər və yaralananlar var

10 Mart 2026
Azərbaycan Portuqaliyadan ətir tədarükünü bərpa edib 7015492a-4bbe-30bd-931a-9333b8847b7d_1200

Azərbaycan Portuqaliyadan ətir tədarükünü bərpa edib

10 Mart 2026
İsrail ordusu Tehrandakı yeraltı ballistik raket sınaq obyektini vurub mAmaD3xlYdOotXCHPMQa9JBGWoJL8gbYbUBkT2W6_1200

İsrail ordusu Tehrandakı yeraltı ballistik raket sınaq obyektini vurub

10 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.