Masallı rayonunda avtomobilin daş hasara çırpılması nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Paraqraf.com-un məlumatına görə, hadisə ötən gecə rayonun Mahmudavar kəndlərində baş verib.
Masallı rayon sakini, 2005-ci il təvəllüdlü Orxan Zamanov idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi idarəetmənin itirilməsi səbəbindən yolun kənarındakı daş hasara çırpılıb.
Qəza nəticəsində O.Zamanov hadisə yerində ölüb. Avtomobildə olan sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Paraqraf.com
![]()
Visited 3 times, 3 visit(s) today
