Skip to content
10 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 8
  • Milli Şuranın xəyanətlə dolu keçmişi: Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli fakt qarşısında

Milli Şuranın xəyanətlə dolu keçmişi: Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli fakt qarşısında

admin 08 Mart 2026 3 minutes read
17709791861954225565698eff72a67c8
PAYLAŞIN:

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumat dövlət çevrilişinin təşkilinə görə həbs edilmiş Ramiz Mehdiyev, Əli Kərimli, Məmməd İbrahim və digərilərinin bu cinayət əməlini Rusiya xüsusi xidmət orqanlarının sifarişi əsasında törətmək istədiklərini rəsmən sübut etdi. 

Azərbaycan mətbuatı Əli Kərimlinin de-fakto rəhbərlik etdiyi Demokratik Qüvvələrin Milli Şurası adlı qurumun Rusiyanın siyasi layihəsi olduğunu yazanda, AXCP sədrinin dəstəsi ciddi-cəhdlə bu məlumatı təkzib etməyə çalışsa da aparılan araşdırmalar nəticəsində həqiqət aşkara çıxıb. Milli Şuranın Rusiyadan maliyyələşdiyi, bu xəyanətkar şəbəkənin xaricdən idarə olunduğu danılmaz faktlarla ifşa edilib.

Azərbaycan baş nazirinin keçmiş müavini, “Mafioz” ləqəbi ilə tanınmış Abbas Abbasov isə təşəbbüskarı olduğu “Milyarderlər İttifaqı” adlanan qurumun vasitəsilə Milli Şuraya həm maddi, həm də siyasi sponsorluq edib.

Həmin vaxt Azərbaycan Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışan Ramiz Mehdiyev Rusiyanın xüsusi emissarları və Abbas Abbasovla gizli telefon əlaqəsi saxlayaraq Milli Şuranın təşkilində koordinat funksiyasını yerinə yetirib.

Doğrudanmı, Əli Kərimlinin bu siyasi planlardan xəbəri olmayıb? Əli Kərimlinin Milli Şuranın yaradılmasına xüsusi maraq göstərməsi onun bu “oyun”un içində olduğunu göstərir.

Cinayət işinin detallarından aydın olur ki, Əli Kərimli Azərbaycanda hakimiyyəti ələ keçirmək istəyən qüvvələrlə həm xaricdə, həm də daxildə əlbir olub. Çünki onu yalnız siyasi maraqlar deyil, həm də maddiyyat cəlb edirdi. Ramiz Mehdiyev Kərimliyə və ətrafındakılara ölkədə qeyri-sabitlik yaratmaq üçün pul vəd etmişdi.

Ona görə də Əli Kərimli müxalifət düşərgəsində Milli Şuradan başqa siyasi qüvvənin olmasını qəbul etməyib. Milli Şuraya sədrlik formal olaraq Cəmil Həsənliyə həvalə edilsə də, faktiki olraq siyasi monopoliya Əli Kərimlidə olub. Ona təlimatları isə Ramiz Mehdiyev verib.

Beləliklə, Ramiz Mehdiyev, Abbas Abbasov və Rusiya xüsusi xidmət orqanları səviyyəsində Milli Şura iyerarxik qaydada idarə olunub. Milli Şuranın ən aktiv dövrü də məhz Ramiz Mehdiyevin vəzifədə olduğu illərə təsadüf edir.

“5-ci kolon”un rəhbərinin postundan gedişindən sonra Milli Şura siyasi cəhətdən ölü, fəaliyyətsiz quruma çevrilib. Bütün bunlar “boz kardinal”ın Milli Şuranı himayə etmək imkanlarının tükənməsi ilə bağlıdır.

Hazırda sözügedən cinayətdə adı hallanan Abbas Abbasovun Rusiyada gizlənməsi isə onun fakt qarşısında qaldığını nümayiş etdirir. Abbas Abbasov günahının olmadığına cüzi də olsa əmin olsaydı, qaçıb gizlənmək əvəzinə gəlib istintaqa ifadə verərdi.

Süleyman 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İran savaşı Qafqaza keçə bilərmi? Bakı və İrəvanın ortaq marağı
Next: Milli Şura: siyasi iddia ilə reallıq arasındakı uçurum

OXŞAR MÖVZULAR

IMG_4759

Azərbaycan və İran arasında yük daşımaları tam bərpa olunub

admin 09 Mart 2026
IMG_4757

İrandan fevralın 28-dən bu günədək Azərbaycana 1 918 nəfər təxliyə olunub

admin 09 Mart 2026
IMG_4755

Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola düşüb

admin 09 Mart 2026

XƏBƏR LENTİ

Tahir İmanov vəhhabi olması iddialarına ilk dəfə cavab verdi – VİDEO tahir-imanov

Tahir İmanov vəhhabi olması iddialarına ilk dəfə cavab verdi – VİDEO

09 Mart 2026
Xırdalanda içməli su küçəyə axır: “Kimsə problemə məhəl qoymur” – VİDEO 1773067904214315882669aede805d048

Xırdalanda içməli su küçəyə axır: “Kimsə problemə məhəl qoymur” – VİDEO

09 Mart 2026
AAAF Park 20 min manat cərimələndi 1773049639131624451969ae9727b0c31

AAAF Park 20 min manat cərimələndi

09 Mart 2026
Nigar Məmmədova: “Azərbaycan enerji təhlükəsizliyində strateji mərkəzə çevrilir” -563ca5e0172806873671003930510153963

Nigar Məmmədova: “Azərbaycan enerji təhlükəsizliyində strateji mərkəzə çevrilir”

09 Mart 2026
Xalq 700 manatla, deputat 7 minlə: “Bu artım nə qədər ədalətlidir?” – ŞƏRH 1737201750_1737201084_elcin_mirzebeyli_1727362533-1

Xalq 700 manatla, deputat 7 minlə: “Bu artım nə qədər ədalətlidir?” – ŞƏRH

09 Mart 2026
Dünyanı fəth edən kukla: Barbi necə yarandı? Brody-Barbie-Review

Dünyanı fəth edən kukla: Barbi necə yarandı?

09 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.