“ABŞ-İsrail müharibəsi başlayandan bəri nə İraq təhlükəsizlik qüvvələri, nə də regional kürd peşmərgə qüvvələrinin üzvləri İrana keçib”.
Paraqraf.com xəbər verir ki, bunu iraqlı briqada generalı Heydər əl-Hərqi bildirib.
O qeyd edib ki, İraq təhlükəsizlik qüvvələri muxtar bölgə hökuməti ilə koordinasiyalı şəkildə İranla sərhəd üzərində nəzarəti daha da gücləndirmək üçün İraqın Süleymaniyyə kürd bölgəsinə yerləşdirilib.
Əl-Hərqinin açıqlaması İran-İraq sərhədində artan gərginlik və ABŞ-nin Tehran hökumətinə qarşı üsyan qaldırmaq üçün kürdləri cəlb etdiyi barədə xəbərlər fonunda verilib.
Lakin bir neçə saat əvvəl jurnalistlərlə danışan ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ kürd qruplarının münaqişədə iştirak etməsini istəmir, çünki müharibənin dərinləşməsini arzulamır
![]()
